Frederick 1959-cu ildə Avsriyanın Melburn şəhərində dünyaya gəlmişdir. Pilot lisenziyası olmasa da, səma onu sanki özünə çəkirdi.

1978-ci ildə Frederick Valentich “Cessna 182L” adlı kiçik bir təyyarə ilə Kinq adasına yola düşdü. Məqsəd bir Kinq adasından sərnişinlərin və yükün Melburna çatdırılması idi. Hava aydın idi və təhlükə vəd etmirdi…

Daha sonra anidən  hava trafik nəzarət otağına zəng daxil olur və Frederick onunla eyni istiqamətdə hərəkət edən təyyarə haqqında məlumat almaq istədiyini dedi, ancaq dispetçer verilənlərə baxdıqdan sonra Fredericklə eyni istiqamətdə hərəkət edən təyyarələrin olmadığını gördü. Buna baxmayaraq pilot, onun hansısa təyyarə tərəfindən izləndiyini iddia edirdi. «O mənim üzərimdən keçərkən, çox uzun görünür. O bir neçə dəfə mənim üzərimdən keçdi və mənim üzərimdə bir müddət dayandı» deyirdi Frederick. Onun son sözləri isə belə oldu: «O sallanıb… Və o təyyarə deyil».

Daha sonra bağlantı 17 saniyə də davam etdi və dəmir cızılması səsləri ilə sona çatdı. Nə pilotun cəsədini, nə də təyyarənin qalıqlarını tapmaq mümkün olmadı.

Bir müddət keçdikdən sonra məlum olmuşdur ki, Kinq adasından Melburna çatdırılmalı olan nə sərnişinlər nə də yük yox idi.

Bu hadisəni açıqlayan iki versiya mövcuddur. Biri ufolojidir. Yəni uçan bir obyekt pilotu həbs etmişdir. Digəri isə pilotun dönməli olduğu istiqaməti itirərək ölüm burulğanına düşməsidir. Bu halda pilotlar xüsusi cihazlardan istifadə edərək xilas olur, ancaq Frederickin belə bir təcrübəsi yox idi.