1. Pinqvinlərin bir çoxu tək yoldaşlıdır, amma ilin böyük bir hissəsini bir-birlərindən ayrı keçirirlər. Düşünürük ki, eşqlərini bu üsulla canlı tuturlar. 🙂



2. Dünyada 17-20 arası pinqvin növü var.



3. Çox keçmiş zamanlara aid bəzi pinqvin növləri, ortalama bir insanın ağırlığında və boyunda idi.



4. Yeni Zellandiyada tapılan ilk pinqvin qalığı 62 milyon illikdir.



5. Pinqvinlər suyun üzərində təxminən 2 metr hündürlüyündə tullana bilirlər.



6. 50.000 pinqvindən biri, qara yerinə qəhvəyi tüklərlə dünyaya gəlir.



7. Pinqvinlərin gözlərinin kənarlarında olan əlavə bir orqan, suyun duzunu filtləyərək bədənlərinə girməsinə mane olur.



8. İmperator pinqvinlər okeanın 500 metr dərinliyinə qədər enə bilir və orada 27 dəqiqəyə qədər qala bilirlər.



9. İmperator pinqvinlərinin qadın-kişi rolları da tərsinədir. Dişi yemək tapmağa gedərkən, erkək kürtə yatır və yumurtaları qoruyur.



10. Pinqvinlər tək başlarına çıxdıqları 300 kilometrlik səfərdən sonra belə, dönəndə eyni yoldaşı tapırlar.



11. 2008-ci ildə Norveç, bir pinqvinə cəngavərlik ordeni vermişdir.



12. 2009-ci ildə Avstraliyada bir pinqvin koloniyasını qorumaq üçün snayperlər vəzifələndirilmişdi.



13. Şimal qütbündə pinqvin yoxdur.



14. Ana pinqvinlər öz balalarını itirəndə, bəzən başqa pinqvin balalarını oğurlayırlar.



15. Pinqvinlərin dişləri yoxdur, bunun yerinə ağızlarının arxa tərəfində xətt şəklində tikanlı onurğa çıxıntıları var.



16. Pinqvinlər şirin yeməklərin dadını ala bilmirlər, yalnız duzun və turşun dadını ala bilirlər.



17. Və bu sevimlilər, ildə bir dəfə tük dəyişdirirlər. 🙂