Əyləncə və zövq obyektlərimizin növündən asılı olmayaraq, hər zaman müəyyən sərhədi saxlamaq lazımdır. Xüsusilə də, əgər “yeyib-içməyi” xoşlayırsınızsa.

    Belə bir fikir geniş yayılıb: alkoqol dərəcəsi az olan içkilərin ziyanı yoxdur. Bu tamamilə yalnış fikirdir. Beləki, alkoqol dərəcəsi az olan içkilər hər kəs tərəfindən “güclü” içkilər kimi tanınmış içkilərdən heç də geri qalmır. Sadəcə onların ziyanı tədrici, uzunmüddətli xarakter daşıyır. Loru dildə desək, insanı diri-diri öldürür. Bu kateqoriyaya aid içkilərdən biri də pivədir.

    Pivə kişi hormonu sayılan testesteronun orqanizmdə ifrazını məhdudlaşdırır. Bunun nəticəsi olaraq kişi orqanizmində qadın hormonları üstünlük təşkil etməyə başlayır.

    Məqaləmizdə pivə aludəçilərinin qarşılaşdıqları hormonal problemlər və həmin hormonal problemlərin səbəb olduqları ən geniş yayılmış mənfi təsirləri sıralamışıq.

    1. Xolesterin səviyyəsinin yüksəlməsi. Kişilərdə hətta ən xırda miqdarda estroqenin yüksəlməsi avtomatik olaraq xolesterinin yüksəlməsinə səbəb olur. Kişilərdə estroqenin normadan yüksək səviyyəsi ürək –damar xəstəliklərinə və infarkta səbəb olur.

    2. Piylənmə. Estroqenlərin çoxalması qadın tipli piylənməyə gətirib çıxarır: qollarda, qarın və bel nahiyyəsində, budlarda və sinədə piy qatının qadın tipli formasında çoxalmasıdır. Bunun nəticəsi olaraq, kişilərdə əzələlər, dəri boşalır, elastikliyini itirir, fiziki güc və dözümlülük əhəmiyyətli dərəcədə azalır, şəkər xəstəliyinə tutulmaq ehtimalı çoxalır.

    3. Tədricən kişilərdə immunitet və bədən zəifləyir. Bu isə ən çox erkən ürək–damar xəstəliklərinə, virus mənşəli xəstəliklərə tez yoluxma və xərçəng xəstəliyinin meydana gəlməsinə səbəb olur.