Həyatın özü, bizə təqdim edilmiş ən qiymətli hədiyyədir, ancaq bəzən yaşadığımız mənfi vəziyyətlər, üst üstə gələn problemlər həyatın dadını çıxartmağımıza və anı yaşamağımıza mane ola bilir. Tam hər şeyi yoluna qoyduğumuzu düşünüb, həyatın dadını çıxartmağa başlamışkən, kiçik və ummadığımız bir problem, yaşanan bütün müsbət təcrübələri bir anda yox edə bilir.

    Niyə bu şəkildə bitdi? Niyə mən? Niyə mən də hər kəs kimi normal bir həyat yaşaya bilmirəm? Heç problem yaşamadan həyatına xoşbəxt davam edən insanlar bunu etməyi necə bacarır? Problem məndədirmi?

    Təbii ki bütün mənfiliklərin bir gecədə düzəlməsi və sabahkı günə xoşbəxt biri olaraq oyanmaq mümkün deyil, lakin bu vəziyyətlər qarşısında necə hərəkət etməyiniz, hadisələrə necə yaxınlaşmağınız sizin idarəniz altındadır.


1. Həyata və özünüzə güvənin.

Hər şeyin bir gün yoluna düşəcəyinə əmin olun. Qış boyunca çılpaq qalmış bir ağac bahar aylarında çiçəklər açır. Həyatınızın qış dövrlərində meyvə ala bilmədiyiniz üçün kədərlənmək yerinə, bir gün baharın gələcəyinə və hər şeyin daha yaxşı olacağına dair inancınızı qoruyun. Mənfiliklərin həyatınıza təsir etməsinə icazə verməyin və daim müsbət düşünün.


2. Planlarınızda dəyişikliklər edin.

Bir səhvi bir dəfə etdikdə bu sizin günahınız deyil, ancaq ikinci dəfə eyni səhvi etmək sizin əlinizdədir. Bir problem həll etmə mərhələsində davamlı olaraq eyni həll yolunu sınayır, amma müvəffəqiyyətə çata bilmirsinizsə yeni yollar sınamağın zamanı gəlmişdir. Həll yollarınızı ya da planlarınızı dəyişdirmək, gələcəklə əlaqədar xəyallarınızdan imtina etmək deyil; bu sadəcə o xəyala çatmaq üçün getməkdə olduğunuz yolu dəyişdirməkdir.


3. Meditasiyalar edin.

Meditasiya bir çoxumuz üçün çox çətin və mücərrəd gələ bilər. Meditasiyaya yanaşmanız nə olursa olsun, təsirli olduğuna inanın ya da inanmayın, özünüzə dönüb baxmaq və daxili səsinizi dinləmək üçün imkanlar yaratmaq sizə yaxşı gələcəkdir. İnsanın özüylə yalnız qalmasını istər meditasiya, istər namaz, istər istirahət olaraq dəyərləndirin, amma nə olursa olsun özünüzə zaman ayırmağı unutmayın.


4. Səbirli olun.

Bəzən gözləmə mərhələsində yaşadığımız təcrübələr, gözlədiyimiz şeydən daha çox qiymətli ola bilir, çünki bizə əsl yol göstərən şey əslində gözləmə mərhələsində öyrəndiklərimiz və yaşadığımız dəyişmələrdir. Hamımızın həyatdan az ya da çox bir gözləntisi vardır. Yeni bir iş, birlikdə xoşbəxt ola biləcəyimiz bir sevgili, yeni bir şans … Gözləmək cəza deyil, hazırlıqdır.


5. Pozitiv olmadığınız zamanlarda belə müsbət düşünməyə çalışın.

Bəziləri sizdən ” Necəsən? ” sualını soruşduqda verdiyiniz cavab adətən ” Yaxşıyam. ” olur. Mənfi bir şey yaşamış olsaq belə, qarşımızdakı insana yaxşı olduğumuzu əks etdirmək, əslində öz özümüzə inkişaf etdirdiyimiz bir müdafiə mexanizmidir. Yaxşı olduğumuzu davamlı olaraq təkrar etmək, bizi mənfi düşüncələrdən uzaqlaşdırır. Unutmayın, düşüncələrinizi dəyişdirmək, həyatınızı dəyişdirməyin ilk addımıdır.


6. Stress yaradan vəziyyətlər yerinə sahib olduğunuz şeylərə diqqət edin.

Problemlərə yönlənmək və mənfi düşünmək çox asandır, ancaq həyatımız boyunca yaşadığımız müsbət vəziyyətlər, mənfiliklərdən sayca daha çoxdur.


7. Anda yaşayın.

Üzərində nə qədər düşünsəniz, nə qədər xəyal qursanız ya da nə qədər düşünərək özünüzü məşğul etsəniz də; keçmiş keçmişdir. Gerçəklərlə üzləşə bildiyiniz zamanlar, keçmişiniz artıq sizə zərər verməyəcəkdir. Keçmişdə yaşadıqlarınıza kədərlənmək yerinə etdiyiniz səhvlərdən dərs çıxartmağa çalışın.


8. Hadisələri axışına buraxın.

Planladığınız şeylərin yolunda getməməsinin səbəbi, kainatın sizin üçün etdiyi planların fərqli olmasından qaynaqlana bilər. Pikniyə getməyi planladığınız gün yağış yağa bilər. Piknikinizə davam edib yağışda rəqs etmək, təxirə salmaq ya da durmadan şikayət etmək sizin əlinizdədir. Həyatımızı fərqli və dinamik tutan şey, əslində planladığımız şeylərin yolunda getməməsidir. Hadisələri axışına buraxaraq, yaşamağa başladığınız zaman unuda bilməyəcəyiniz anlar yaşadığınızın fərqinə varacaqsınız.


9. Özünüzə inanın.

Hara getdiyinizi bilmədən irəliləmək qorxuducu və riskli ola bilər; ancaq irəli getmədən yolun sonunda nə olduğunu əsla görə bilməzsiniz. İnancınızı güclü tutun və çatmaq istədiyiniz nöqtəyə bir gün çatacağınıza inanın.


10. Həyatı bir öyrənmə müddəti olaraq görün.

Üzgün ​​olduğumuz anlarda həmişə ən pis şeylərin bizim başımıza gəldiyini düşünərək kədərlənirik, ancaq yaşadığımız mənfi təcrübələr nə olursa olsun müvəqqətidir. Əhəmiyyətli olan şey yaşadığımız kədər, sevinc, qorxu ya da dəyişmə zamanlarının öyrənmə prosesi olaraq qəbul olunmasıdır. Səhvlərinizdən dərs çıxararaq, yaşadıqlarınızı digər insanlarla paylaşaraq ilham ala bilərsiniz.


Həyat səfərindəki hər anınız çox qiymətlidir. Zamanı geri ala bilməniz və ya həyatınızdakı bütün mənfilikləri yox edə bilməniz mümkün deyil. Özünüzə inanın və dəyişmənin öz içinizdən başladığının fərqinə varın.