ABŞ-da fəaliyyət göstərən Modern Meadov adlı şirkət printerin köməyi ilə ət düzəldəcəyini açıqlayıb. 
Şirkət rəhbərliyi mediaya açıqlamasında bildirib ki, son 10 il ərzinə onlar printer vasitəsi ilə bir çox əşyalar hazırlayıblar: “Biz 10 il əvvəl xüsusi printer hazırladıq.

Həmin printerin köməyi ilə bərk əşyaları istehsal edə bilirik. Printer bizim düzəltmək istədiyimiz əşyaları damcı-damcı hazırlayır. Daha sonra biz həmin damcıları birləşdiririk. Bu günə qədər zinət əşyaları, oyuncaqlar, mebel əşyaları, avtomobillər, hətta silah istehsal etmişik. 

Bir müddət əvvəl isə şokolad hazırlayaraq satışa çıxarmışıq. Mütəxəssislərimiz printerin köməyi ilə ət hazırlaya biləcəyimizi deyirlər. İndi ən böyük hədəfimiz printerlə ət hazırlamaqdır. Biz əti əvvəlcə damcılar halında hazırlayacağıq, daha sonra isə həmin damcıları birləşdirərək yalançı əti satışa çıxaracağıq”.