Səyahət zamanı çox vaxt gəzməli, görməli yerlər siyahısında tarixi, memarlıq və təbiət abidələri daha çox üstünlük təşkil edir. Çox az rast gəlmək olar ki, insan öz turizm gündəliyində kitabxanaya getmək üçün vaxt ayırsın və tamamilə əbəs yerə, çünki onlardan bəziləri dünyanın məşhur turizm nöqtələrindən daha da maraqlı görünür!


Çexiya Respublikasının milli kitabxanası

Çexiya mərkəzi kitabxanasının əsas binası Praqadakı “Klementinum” adlı tarixi binada yerləşir. Bu günümüzə kimi öz orijinal formasını saxlayan yezuit kollegiumunun barokko tipli bina kompleksidir. Bura gələrək, siz ötən əsrlərin kitabxanalarının necə göründüyü haqda təsəvvür alacaqsınız. Çexiya Respublikası Milli kitabxanasının fondunda 7 milyona yaxın nüsxə var və qeydə alınmış oxucuların sayı təxminən 60 min təşkil edir. Bu kitabxananın fondlarında köhnə çex mətnlərindən yanaşı, Türkiyədən, İrandan və Hindistandan olan qədim kitablar saxlanılır.


Vatikan apostol kitabxanası

Vatikan kitabxanasında Orta Əsr və İntibah dövrünün ən zəngin əlyazmalar toplusu yerləşir. XV əsrdə papa V Nikolay tərəfindən əsası qoyulub; ilk öncə Domeniko Girlandayo, Melotso da Forli və Antoniatso Romano freskaları ilə bəzədilmişdir. Fondlarının genişləndirilməsi nəticəsində kitabxana 1587-ci ildə Domeniko Fontana tərəfindən inşa edilmiş yeni binanı alıb. Hazırda onun fondlarında 1,6 milyona yaxın mətbu kitab, 150 min manuskript, 8.3 min inkunabul, 100 mindən çox qravyuraları və coğrafi xəritə, 300 min sikkə və medallar var.


Corc Pibodi Kitabxanası

Elmi-texniki kitabxana ABŞ-ın Baltimor şəhərində, Cons Hopkins Universitetinin Pibodi kampusun ərazisində yerləşir. Bina 1810-1820-cı illər ərzində Corc Pibodinin ianələri üzərində tikilib. Tikintisi 1878-ci ildə başa çatmışdır və bu gün bu kitabxana dünyanın ən gözəl kitabxanalarından biri sayılır. Fondlar kitabxananın şəhərin mədəni və elmi mərkəzinə çevrilməsini arzulayan xeyriyyəçinin vəsiyyətinə uyğun olaraq bütün insanlara açıqdır.


Hollandiya parlamentinin kitabxanası

Parlament kitabxanasında parlament dinləmələrinin və müzakirələrinin bütün qeydəri var. Bina elektrik yaranmasından əvvəl tikildiyinə görə qaz lampaları və şamlar əsas işıq mənbələri idi və ona görədə yanğın təhlükəsizliyinə xüsusi diqqət yetirilmişdir. Bina günəş şüalarına maksimal giriş vermək və təhlükəli işıq mənbələrinin istifadəsini minimuma endirmək üçün, şüşədən olan massiv günbəz ilə tikilib.


Ştutqartın mərkəzi kitabxanası

Ştutqartın mərkəzi kitabxanası vaxtilə Almaniyanın ən müasir kitabxanalarından biri sayılırdı, lakin 1990-cı illərin əvvəlində məlum oldu ki, yeni daxil olan kitablar artıq ora yerləşə bilməz. Ona görə də, tezliklə şəhərin təhsil və mədəniyyət potensialının parlaq simvoluna çevrilən yeni binanın tikintisinə 1997-ci ildə başlanılıb. Bina koreya memarı Yun Yanq Yi (Eun Young Vı) tərəfindən layihələşdirilmişdir və doqquz yerüstü və iki yeraltı mərtəbəyə malikdir.


Nyu-York ictimai kitabxanası

Nyu-York ictimai kitabxanası dünyada ən iri kitabxanalarından biri kimi sayılır. Hazırda bu kitabxanaya 87 bölmə daxildir. Bütün NYPL sistemli kitabxanaların istifadəsi bütün arzu edənlər üçün pulsuzdur. 2008-ci ildə fondlarda 44 160 825 kitab, videoyazılar, xəritə saxlanılırdı. Binanın əsasına ilk daş 1902-ci ilin may ayında qoyulub. Açılış günündə kitabxanada 120 kilometrdən artıq olan kitab rəfi var idi. Baş oxu zalı lazımi işıq verən yüksək pəncərələr və çilçıraqlarla təchiz edilib; Mebel isə rahat kreslolar və latun lampaları olan möhkəm taxta masalarla təqdim olunub.


Admont abbatlığının kitabxanası

Bu dünyanın ən böyük monastır kitabxanasıdır. Bina 1776-ci ildə məşhur avstriyalı memar Cozef Hiberanın eskizləri əsasında tikilib. Tikilinin tavanı insan idrakın bütün mərhələlərini: ən yüksək nöqtəsi – ilahi zühur və cəhalət zülmətini təsvir edən Bartolomeo Almonte freskaları olan yeddi günbəzdən ibarətdir. İşıq 48 pəncərə vasitəsilə keçir və inanılmaz gözəllikdə olan mərmər döşəməni əks etdirir.


Beynekenin nadir kitablar və əlyazmalar kitabxanası

Yel universitetində yerləşən Beynekenin nadir kitablar və əlyazmalar kitabxanası dünyada nadir kitabların ən böyük kolleksiyalarından biridir. Tikintisi Beyneke ailəsinin pulu vasitəsi ilə 1960-ci ildə başlanılıb. Bina əlyazmalar, sənədlər və qiymətli foliantların qorunması üçün xüsusi layihələşdirilmişdir: onların günəş şüalarından qorunması üçün daxilə pəncərələr qoyulmamışdır, divarları isə yarımşəffaf mərmərdən edilmişdir. Kitabxanada 500 minə yaxın kitab və bir neçə milyon manuskriptlər var.


Avstriya milli kitabxanası

Avstriya milli kitabxanası Vyananın Hofburq sarayında yerləşir. O,öz başlanğıcını orta əsrlər imperatoru Üçüncü Fridrixin kitabxanasından götürür. Bina 1722-ci ildə Dördüncü Karlın əmri ilə tikilib, və həmçinin kitabxananın inkişafı üçün dövlət xəzinəsindən müntəzəm olaraq pul ayrılırdı. Salon rəssam Daniel Qranın freskaları ilə bəzənilmişdir. Milli kitabxananın müasir kolleksiyası 180 min papirus və 7.5 milyondan çox kitab nüsxəsi təşkil edir.


Xose Vaskonselos adına kitabxana

Bu kitabxana ictimai kitabxanaların milli şəbəkəsini və Meksika ərazisində yerləşən 6.5 minə yaxın müəssisənə daxil edə biləcək əsas obyekt kimi nəzərdə tutulurdu. O, Meksika vətəndaşlarını və meksikanın ictimai kitabxanalarını nəinki öz aralarında və həmçinin dunyanın ən böyük kitabxanaları ilə əlaqələndirmək üçün ən yüksək texnologiyaya sahibdir. Kitabxana 2006-ci ildə yaradılıb və onun tikintisi üçün təxminən 98 milyon dollar vəsait xərclənmişdir.


Gördüyünüz kimi, bir çox kitabxanalar nəinki ruhən, həm də xarici görünüşünə görə həqiqətəndə “bilik məbədi” adlanmağa layiqdir. Gözə ilk o çarpır ki, onlardan əksəriyyəti nəsillərin qəlbində özü haqqında yaddaş qoymaq istəyən varlı iş adamları , öz təbəələrinin təhsilinin qeydə qalan dövlət hakimiyyəti və ya tarixi irsinin qorunmasını istəyən kilsə üzvlərinin əməyi sayəsində yaranmışdır. Bu kitabxanaların bir çoxu layiqli şəkildə maliyyələşdirilir və öz şəhərlərinin mədəni və elmi inkişafında əvvəlki kimi böyük rol oynayır.