Bu, Elge adlı itdir. O , Primorsk şəhərində polis müfəttişi olan Yevgeni Şestakın itidir. 
Bu it öz qəhrəmanlığı ilə məşhurdur. O, Çeçenistanda əl qumbarasını taparaq 10 polis əməkdaşının həyatını xilas etmişdi. Daha sonra Qroznıda humanitar maşının yoluna yerləşdirilmiş minanı tapmışdı. Bu əməliyyat sırasında görmə qabiliyyətini itirmiş və yalnız 20 faiz görmə ilə daha 3 il polis sıralarında çalışmışdı və əməliyyatların birində minaya düşərək sahibinin qollarında ölmüşdü.