Əslində sağlam olmaq və formada qalmaq üçün xüsusi trenajorlara və xüsusi məkana ehtiyac yoxdur. Sadəcə qərar verin və başlayın. Günün istənilən vaxtında cəmi yarım saat qaçmaqla orqanizminizdə baş verəcək dəyişikliklər bunlardır:

  1. Qaçış birbaşa ürək-damar sistemini məşq etdirir. Bu isə o deməkdir ki, ürəyiniz möhkəmlənir və daha yaxşı fəaliyyət göstərir. Oksigen və qan dövranı sürətlənir. Bütün orqanlarda oksigenlə zəngin qan dövriyyə edir.

  2. Stress və yorğunluq gün ərzində yığılaraq sinir sistemini gərir. Bundan azad olmaq üçün yaxşıca tərləmək gərəkdir. Qaçış bu məsələnin öhdəsindən çox yaxşı gəlir.

  3. Depressiyadasınız? Sizə xoş xəbərimiz var. Qaçış zamanı qan endorfin hormununu ifraz edir. Bu hormon həm də xoşbəxtlik hormonu adlanır. Endorfinin qanda miqdarı çoxaldıqca insan yüngül eyforiya hiss edir.

  4. Qaçarkən ağlınıza dahiyanə fikirlərin gəldiyinə şahid olmusunuzmu? Bunun səbəbi çox sadədir: qaçış zamanı beyin oksigen qəbul edir. Bu da zehn açıqlığına səbəbdir.

  5. Araşdırmalar göstərmişdir ki, qaçış böyrəklər və qaraciyərin daha yaxşı fəaliyyət göstərməsinə də kömək edir.


Yunanların da dediyi kimi: «Güclü olmaq istəyirsənsə, qaç. Yaraşıqlı olmaq istəyirsənsə, qaç. Ağıllı olmaq istəyirsənsə, yenə də qaç.»

Image result for forrest gump run gif