Qadağan olunmuş filmlər

6223

Sizə izləmək üçün çox filmlər tövsiyə etmişik. Bu dəfə baxmamalı olduğunuz filmlərin siyahısını təqdim edirik. Diqqət! Qeyd edilən filmlərə sinir sistemi zəif şəxslərin baxması qətiyyən məsləhət görülmür.

Cannibal Holocaust (1980) 

“Hannibal soyqırımı” filmi hal-hazırda dünyanın 50 ölkəsində qadağan olunmuşdur. İnsanların törədə biləcəkləri vəhşilikləri olduqca real təsvir edən filmə baxmaq çətindir və bir çoxlarını narahat edir. Filmdə səhnələr o qədər realdır ki, filmin rejissoru Deodato insanları film çəkilərkən həqiqətən öldürməsiylə bağlı gəzən söz-söhbətdən sonra məhkəməyə cəlb edilib, lakin bu səhnələrin qurama olduğunu sübut etdikdən sonra, azadlığa buraxılıb. Film Amazon meşələrində çəkilib və çəkilişdə yerli tayfaların nümayəndələri iştirak edib. Filmin çəkilişi zamanı 7 heyvan öldürülüb.

The Exorist (1973)

Film 441 milyon dollar gəlir gətirib. Filmin populyar mədəniyyət üzərində böyük təsiri olub və indiyə kimi bir çoxları tərəfindən ən qorxulu film adlandırılır. Film bir çox şəhərlərdə və ölkələrdə çox qorxulu olduğuna görə, həmçinin dini səbəblərdən dolayı qadağan olunub. “Ovsunçu” şeytan tərəfindən ələ keçirilən gənc qızdan bəhs edir. Digər filmlərdən fərqli olaraq zorakılıq səhnələri ilə yox, psixoloji triller olması və izləyənləri qorxutmaq üçün şüuraltı mesaj verdiyinə görə qadağan olunub.


The Texas Chainsaw Massacre (1974)

Real hadisələrə əsasən çəkildiyi üçün daha çox təsirli olan bu filmdə qətliam, vəhşilik daha tükürpədici əks olunmuşdur. ABŞ-ın Texas ştatında 1947-57-ci illər ərzində Ed Geyn adlı şəxsin törətdiyi cinayətlərdən bəhs edən film dəhşət dolu səhnələriylə, olduqca realist üslubda çəkilib. Film bir çox ölkələrdə, həmçinin də Çin, Norveç, İslandiya, Almaniya və s. qadağan olunmuş filmlər siyahısındadır.


The Evil Dead (1981) 

1981-ci ildə çəkilən filmdə 5 kollec tələbəsinin tətildə başına gələnlərdən danışılır. Film tənqidçilər tərəfindən müsbət qarşılansa da, qorxu və zorakılıq səhnələrinə görə Finlandiya, Almaniya, İslandiya və İrlandiya da daxil olmaqla bir sıra ölkələrdə qadağan edilib.


Natural Born Killers (1994)

“Anadangəlmə qatillər” 1994-cü ildə rejissor Oliver Stoun tərəfindən Kventin Tarantinonun yazdığı ssenari əsasında çəkilib. Film İrlandiyada qadağan olunub, ABŞ-da isə yayılmasına qadağa qoyulub. Film qətl hadisəsini tərənnüm etdiyinə görə mübahisələrə səbəb olub.


A Serbian Film (2010)

İspaniya, Norveç və Braziliyada qadağan olunan “Serbiya filmi” bütün zamanların ən mübahisəli filmlərindən biridir. Filmin qadağan olunmasına səbəb kimi uşaq zorlanması, inçest, cinayət və sair göstərilir. Film haqqında tənqidçilər tərəfindən müxtəlif rəylər söylənib. Bəziləri həddən artıq zorakılıq səhnələri olduğu üçün qınadı.


Scum (1970)

“Skum” 1970-ci illərdə “British Borstal”dakı gənc cinayətkarların çətin və dəhşətli həyatından bəhs edir. Ekran əsəri ilk baxışda irqçilik, zorlama, intihar və zorakılıq səhnələrinə görə televiziyada qadağan edilib. Film 1979-cu ildə yenidən çəkilsə də, bu versiyasına da qadağa qoyulub.


The Human Centipede 2 (2010) 

Əgər siz “Qırxayaq 2” filminə baxmısınızsa, o zaman bu filmin qadağan olunmasına təəccüblənməyəcəksiniz. Filmdə Hollandiyalı dəli həkimin insanları bir-birinə tikərək qırxayaq düzəltməsindən bəhs edilir. Onun qurbanı üç amerikalı turist olur. Qəddar səhnələrinə görə çox böyük tənqid atəşinə tutulub. Buna baxmayaraq 2015-ci ildə “Human Centipede 3” filmi də təqdim olunub. Final buraxılışı hesab olunur, sujet xətti eynidir. Bu dəfə qırxayaq düzəltmək üçün daha çox qurban var. Hadisələr həbsxanada baş verir.


Salo or the 120 days of Sodom (1975)

18677-7-3f1177038fee328d872e3f74788237cc

Videoçarxa youtube-dan baxa bilərsiniz. Haqqındakı mübahisələrin bitmədiyi və Pasolini’nin ölümünə səbəb olduğu (qeyd: rejissor döyülərək öldürülmüşdü) iddia edilən film bəlkə də kino tarixinin ən sərt faşizm tənqidlərini özündə ehtiva edir. 9 qadın və 9 kişinin 120 gün ərzində məruz qaldırları psixoloji, fiziki və cinsi şiddətdən bəhs edən film İtaliya, Finlandiya, Avstraliya, Almaniya, Yeni Zelandiya və Norveçdə qadağan olunub.


Grotesque (2009)

2009-cu ildə Yaponiyada çəkilən qorxu filmidir. Film iki gənc cütlüyün küçədə oğurlanmasından və bir ruhi xəstə tərəfindən işgəncələrə məruz qalmasından bəhs edir. Çox kəskin zorakılıq səhnələrinə görə film Böyük Britaniya da daxil olmaqla, bir çox ölkələrdə qadağan edilib.


Mikey (1992) 

1992-ci ildə təqdim edilən filmə bir çox ölkələrdə qadağa qoyulub və hələ də Britaniyada filmin nümayişinə qadağa var. Ekran əsərində olan işgəncə və ölüm səhnəsi, həmçinin iki uşağın balaca körpəni öldürməsi səhnəsi filmin qadağan olunmasına səbəb olub. Filmdə valideynlərini və dostlarını öldürən 9 yaşlı uşağın həyatından danışılır.


Filmlərə baxmaq istəsəniz iki dəfə düşünün, psixoloji travma yarada biləcək filmlərdir.