Qadın dostluğu nədir?

    Hər bir qızın uşaqlıq vaxtlarından dostu olur. Hansı ki, onunla birgə vaxt keçirir, əylənir, məsləhətləşir və hətta ona sirlərini etibar edir. O dost qızlar üçün əvəzolunmaz və təkrarolunmaz olur.  

    Nə səbəbə qadın dostluğu şübhə altındadır?

    İstənilən dostluq etibarlılıq, dinləmə və dəstəkləmə bacarığı, başqasının sevincinə sevinə bilmək kimi xüsusiyyətlərə əsaslanır. Əksər hallarda dostluq ortaq maraqları və ya əyləncəsi olan insanlar arasında baş verir. Fərqli sosial səviyyələrdən olan insanlar arasında dostluq nadir hallarda olur və əksərən qeyri-səmimi xarakter və məqsədlər güdür.

    Qadınlar arasında dostluğu nə məhv edir?

    Yuxarıda qeyd olunduğu kimi uşaqlıqda hamı dost olmağı bacarır, lakin böyüdükcə insanların qəlbin paxıllıq alır…Paxıllıq hissi müxtəlif səviyyələrdə biruzə verir. Bəzən bu hiss illərlə üst-üstə yığılır, yığılır və birdən birə vulkan kimi partlayır. “Podruqaların” həyat səviyyəsi eyni axarda davam edərsə, onların dostluğu da problemsiz şəkildə davam edər. Eləki, onlardan birinin həyatında yüksəliş baş verərsə (yaxşı iş, maddi yüksəliş, uğurlu partnyor və s.) digərini qısqanclıq hissi boğmağa başlayır. Burada bizimlə mübahisə edə bilərsiniz, ancaq çox güman ki siz artıq bu hissi öz üzərinizdə duymusunuz.

    Qadın dostluğunda əsas qısqanclıq mənbəyi kişilər.

    Məhz bu anda qadın dostluğu bitir və cəngəlliklər qaydası – hamı öz başına özü çarədir qüvvəyə minir. Qadının sevib seçdiyi kişi onun dostunun zövqüncə olsa da, olmasa da onlar arasındakı dostluq münasibətlərində axsamalar baş tutacaq. Beləki, birinci halda qadın sevdiyi kişini dostundan gizlətməyə, qorumağa çalışacaq. İkinci halda isə qadının dostunun onun sevdiyi kişi haqqında yersiz tənqidləri (o, sənə yaraşmır, ona necə dözürsən, o, belədi-helədi və s.) onu incidə bilər.

    Qadınlar dostlarının çiyninə söykənib şikayətlənməyi, ürəklərin açmağı sevir.

    Bu cür emosional dəstək qadınları birgə saxlayır, lakin qadının həyatında şikayətləri eşidən və dəstəkləyən “kişi çiyni” daxil olan kimi “podruqalar” ikinci plana keçir. Düzdür, əsl qadın dostluğunu da nadir hallarda rast gəlmək olur. Hansı ki, bu dostluq hörmət və yüksək mənəviyyata əsaslanır. Belə dostluqda qeybət, qəsqanclıq və tənqid olmur.