Qadın qarderobunun heç vaxt dəbdən düşməyən elementləri

240

Dəb daim irəliləməkdədir və bəzən biz xanımlara elə gəlir ki, ona ayaq uydurmaq mümkünsüzdür, ancaq bu belə deyil.. Bütün zamanlara səs salmış elementləri qarderobumuza daxil edərək, dəb ikonasına çevrilə bilərik! Dünya dəbinə səs salmış elementlərin siyahısını sizinlə paylaşırıq. Qeyd edin!

Stiletto

«Qadına düzgün ayaqqabıları verin, o dünyanı fəth edə biləcək». © Marilyn Monroe

Qələm ətək

«Qələm ətəkdə olan qadın hər zaman diqqət mərkəzindədir». © Giorgio Armani

Jins

«Həyatım boyu yalnız bir şeyin peşimanlığını çəkəcək – jinsi mən icad etmədim». © Yves Saint-Laurent

Ağ köynək

«Soruşsanız ki, mən nəyi icad etmək istərdim, “ağ köynək” deyə cavab verərəm. Mənim üçün köynək hər şeyin əsasıdır. Qalanlar – ikinci dərəcəlidir». © Karl Lagerfeld

Kiçik qara don

«Kiçik qara donda siz hər bir situasiyaya uyğun görünəcəksiniz və heç kəs sizi uyğunsuzluqda ittiham edə bilməyəcək». © Karl Lagerfeld

Kardiqan

Sərin havalarda özünüzü Şanelin yaratdığı kardiqanın qucağına buraxın.

Qara dəri gödəkçə

Qara rəng eleqantlığın, füsünkarlığın və aristokratlığın rəmzidir. Yves Saint-Laurent demişdir:  «Gözəl olmaq üçün qadına qara köynək, qara ətək geyinmək və sevdiyi kişi ilə qol-qola getmək kifayətdir». Əmin olun, qara köynəyi dəri gödəkçə ilə əvəz etsək effekt eyni olaraq qalacaqdır.

Uzun ətək

Uzun ətəklər hər zaman qadın geyimlərinin ən romantik elementi olaraq qalacaqdır.

Uzun boğazlı sviter

«Uzun boğazlı sviter hər bir vəziyyətdən mükəmməl çıxış yoludur». © Yves Saint-Laurent

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Xonca.al