1. Artıq uzun müddətdir təsdiq olunub ki, kişilərin beyni qadınların beynindən 10% böyükdür, lakin bu göstərici intellekt səviyyəsinə təsir etmir.

    2. Kişilərin beyni yaşlandıqca qadınların beyninə nisbətən daha tez kiçilir.

    3. Eyni bir məsələnin həllini tapmaq üçün qadın və kişilər beyinlərinin fərqli hissələrin işə salırlar.

    4. Əgər kişi yolunu, istiqamətini itirirsə, o gedilmiş yolun istiqamətini və məsafəni xatırlmağa çalışacaq. Qadınlar isə yolun ətrafında yerləşən obyektləri, orientirləri xatırlamağa çalışacaq.

    5. Qadınlar hər şeyi detallarına kimi yadda saxlayırlar, kişilər isə ancaq ümumi mahiyyəti əks etdirən şeyləri yadda saxlayırlar.

    6. Kişilər informasiyanı daha tez qəbul edir. Buna görə də onların reaksiyası da sürətli olur.

    7. Qadınlar isə eyni vaxtda bir neçə informasiya axını qəbul edə bilərlər

    8. Kişilər dəqiq elmlərdə, qadınlar isə humanitar elmlərdə daha güclü olurlar.

    9. Kişilər gün ərzində 7 000 söz deməklə kifayətlənirlər. Halbuki, qadınlar üçün 21 000 söz lazım olur Smile

  10. Qadınlar və kişilər qıcıqlandırıcı səslərə qarşı tamamilə fərqli reaksiya göstərirlər. Məsələn, kişilər adi hesab olunan yüksək sürətli avtomobilin səsi qadınlar üçün qıcıqlandırıcı və qorxuducu ola bilər.

  11. İşlək vəziyyətdə olarkən qadınların beyni daha çox “qızır”.

  12. Kişilərin eşitmə qabiliyyəti qadınlara nisbətən daha zəifdir.

  13. Kişilər nitqi məntiqi surətdə qəbul edirlər, yəni ancaq deyiləni eşidir və qəbul edir. Qadınlar isə emosiya və intuisiya yanaşırlar.