Heç bir canlı şiddətə məruz qalmamalıdır. Zərifliyin simvolu olan qadınlar daima qayğı və diqqət görməlidir, şiddət yox.

Heç kəsi mühakimə etməyin. İnsanları geyim tərzinə, görünüşünə, saçına görə qiymətləndirmək qətiyyən doğru deyil.

Fərqliliyə hörmət edin, bərabərlik tərəfdarı olun. Həyatyoldaşın, sevgilin bütün mövzularda səninlə eyni düşünə bilməz. O da öz fikrini sərbəst şəkildə ifadə etməlidir.

Qadınlarla rəftara xüsusi diqqət edin. Qadınla fiziki təmas qurmadan öncə icazə istənilməlidir və cavabına sayğı ilə yanaşmaq mütləqdir.

Ağac yaş olanda əyilir. Ətrafınızdakı oğlan uşaqlarına, övladlarınıza qadına qarşı hörməti və nəcib olmalarını aşılayın.

Heç bir şiddətə göz yummayın. Qadınlara, qız uşaqlarına olan şiddətə heç bir halda biganə qalmayın. Müdaxilə edin, zərif cinsin nümayəndələrini müdafiə edin.

İnsanları günahlandırmayın. Təcavüz, cinsi istismar əsla qadının günahı deyil. Ətrafınızdakı insanlara da bu şəkildə bildirin.

Unutmamalıyıq ki, qadın zərifdir. Onları daim diqqət və qayğı ilə əhatələmək lazımdır. Bəşəriyyətin gülməsi üçün qadınların gülməsi vacibdir. 🙂