Kişilər vücudu gözəl qadınları arzuladığı kimi, bir çox qadınlar da əzələli kişiləri bəyənirlər. Bunun əksini iddia edənlər olacaq, onlarda özünəinam yetəri qədər olmadığı üçün bu fikirdədirlər. Təbii ki, hörmətlə yanaşırıq. 🙂

Qızların əzələli bədənə sahib oğlanları bəyənmə səbəblərini sıralayaq.

1. Güclü qamət

Əzələli kişilər idman sayəsində həm xarici görünüşünə yaraşıq qatır, həm də bədənini gücləndirir. Bu güc qadınlara xoşdur əlbət. Kişi qadını güvəndə hiss etdirir.

2. Estetik görünüş

Yuxarıda da vurğuladığımız kimi əzələ kişi bədəninə estetik quruluş verir.

3. İradəli olması

İdmanla məşğul olmaq sadiqlik və iradə tələb edir. Formaya düşə bilmək üçün idmana, qidalanmaya, yuxu rejiminə diqqət etmək lazımdır. Qısaca olaraq, qadınların seçimi iradəli kişilərdir.

4. Sağlam qidalanma

Hətta bəzən öz yeməyini özü hazırlayar. Qadın düşünür ki, kişi sağlam qidalanırsa, o da onun yanında sağlam olar.

5. Geyim tərzi

“Al da geyinsə yaraşar, şal da.” ifadəsi elə əzələli oğlanlara aiddir. Geyindiyi hər paltar sanki xüsusi olaraq onun üçün tikilib. Təbii ki, geyimindən bədən quruluşu hiss olunduğu üçün qızların diqqətini cəlb edə bilir.

6. Nizamlı həyat

Kişilər idman etdiyi üçün müəyyən şeylərə əməl etməlidir. Siqaret və içkidən uzaq olmalı, gecə vaxtında yatmalı, yeməyini vaxtında yeməli və s. bu kimi qaydalar.  Belə nizamlı həyat qadınların onlara diqqət etməsinə səbəblərindən biridir.

7. Xarizmatik quruluş

Üz cizgiləri ilə bəlkə də yaraşıqlı deyil, amma əzələli bədən quruluşu, digər sadaladığımız xüsusiyyətlər onu xarizmatik edir.

8. Özünə inamlı olmağı

Özünəinam iradədən, ya da gücündən qaynaqlana bilər, nəticədə əzələli kişilərdə bu yüksəkdir. Bu xarakter qadınlara bir az narahatlıq yaşatsa da, özünə inanan kişiləri üstün tuturlar.

9. Baxımlı olmağı

Hər kişi baxımlı ola bilər, amma əzələli bədən sahibləri bu mövzuda da zirvədədir. Bədəni təmiz olur, hətta arzuolunmaz tükləri belə vücudunda saxlamır. Və digər özünə qulluq metodlarından da istifadə edirlər.

Unutmamaq lazımdır ki, qadınlar özlərinə diqqət etdiyi kimi, əks cinsdə də bu özəlliyə xüsusi önəm verirlər. 🙂