Rol 1. 
Ev qadını: İstədiyiniz qədər modern bir xarici görünüşdə olsanız belə, istədiyiniz qədər “Mən iş qadınıyam, ev işlərinə vaxtım yoxdur”desəniz belə, subay olsanız belə, bir ev qadını kimi dağınıq, pəs, zövqsüz bir ev sahibi olmaq heç kimə xoş deyildir. Yemək bişirməkdən vaz keçərsinizmi? Tutaq ki, bir yardımçınız var və hər işinizi o görür. Belə halda qopan düymənizi də ona tikdirəcəksiniz? Bunu da unutmayın ki, karyer mövzusunda son dərəcə məsuliyyətli olan qadınlar eyni məsuliyyəti evlərində də göstərirlər, hətta hobbi olsun deyə, tikiş kurslarına və s. də gedirlər. Nəticə olaraq ev qadını rolu müasir qadınlar arasında bəyənilən bir roldur.

Rol 2.
Azad qadın: Keçmidə qadınlar məktəbi bitirər-bitirməz ailə qurar, uşaq sahibi olar və həyatlarını sadəcə ana kimi davam etdirərdilər. İndi isə karyer ardınca qaçdıqları üçün deyil, tənha yaşamağı, rəfiqələri ilə əylənməyi, kişilərlə flört etməyi daha uyğun bilirlər.

Rol 3.
Şəfqətli Ana: Günümüzdə bir çox qadın 30 yaşlarında belə hormonlarının səsinə qulaq asaraq karyeralarına ara verərək körpə sahibi olub, onu böyütmənin xoşbəxtliyini yaşayırlar. Qadın rolları arasında ən çətini və eyni zamanda ən zövqlüsü də Ana olmaqdır. Sonsuz səbr və güc gərəkdirən, amma insana bambaşqa duyğular daddıran, tərifsiz bir rol…

Rol 4.
Atasının qızı: Ən güclü ana, ayaqları üstündə dura bilən qadın həyatının hər dövründə yenə də atasının balaca şahzadəsidir. Çox qadınlar həyatla başa çıxa bilmədikdə, insanlar tərəfindən incidildikdə, xüsusilə də acılı məhəbbət yaşadıqda, özlərini ailəsinə sığındırır, Atalarının təsəllilərinə və hər zaman lazımlı nəsihətlərinə verirlər. Kiçik yaşlarda Ata sevgisi görən qadınlar irəli yaşlarda həyata tutuna bilmək və özünə inam mövzusunda daha bacarıqlı olurlar. Atalardan qorxmurlar və sonsuz hörmət hissi duyurlar.

Rol 5.
Bacarıqlı iş qadını: İş həyatının içində olan qadınlar üçün, iş qadını rolu vazkeçilməzdir. Dişlərini dırnaqlarına taxıb özlərini isbatlamağa, önlərində olan əngəlləri aşıb keçərək patronlarının tərifini qazanmağa can ataraq layiq olduqları mərtəbəyə çatmağı məqsəd bilirlər. Bütün bunlarla yanaşı həm də ailələrinə zaman ayırmağa, uşaqları ilə məşğul olmağa da gücləri yetir.

Rol 6.
Gənc qız: Qadın rolları arasında ən şirini, ən keyiflisi…Hər bir qadın özünü zamanla həyat dolu, ərköyün, nəşəli bir qız kimi hiss edər və bu zaman harda olursa olsun, olduğu yerə rəng qatar. Alış-veriş və kafelər, rəngarəng geyimlər, ayaqqabılar, çoxlu dostlar, dedi-qodular və s.