Qan Donoru – James Harrison

0
105
Portrait of James Harrison 72 (centre) with twin boys Seth Murray O+ (left) and Ethan Murray O-(right) in the Apheresis department at the Australian Red Cross Blood Service. Hundreds of thousands of babies owe their health and in some cases their life to James Harrison as his blood has been used in every dose of anti-D serum since 1967, which is given when the blood types of mothers and babies are incompatible. Red Cross, Sydney, NSW. Today 20th of May, 2009. Photo by KATE GERAGHTY.

“Qızıl əlli adam” ləqəbli Ceyms Harrison 1936-ci ildə doğulub. 13 yaşında ikən Ceymsin döş qəfəsində əməliyyat olundu. Onu xilas etmək üçün 13 litr donor qanı lazım gəlmişdi. Qan verənlər könüllülər idi. Sağaldıqdan sonra Ceyms söz verir ki: ” İnsanların mənə edilən bu yaxşılığı əvəzsiz qalmayacaq, 18 yaşdan sonra mən də könüllü donor olacam.”

18 yaşın tamamında Ceyms Qırmızı Xaçın qan vermə məntəqəsində gəlib ilk dəfə qan verdi. Araşdırma zamanı Ceymsin qanında dünyada analoqu olmayan bir xüsusiyyət müəyyən olundu. Onun qanında immunoqlobinin elə bir versiyası vardı ki, bunun sayəsində hamilə qadınlarda baş verən rezus konfliktini aradan qaldırmaq mümkündür. Əks halda dölün ölmə, ölü doğulma, habelə hamilə qadının ölmə ehtimalı yüksəkdir. Ceymsin qanında olan immunoqlobin həmçinin anemiyalı uşaqları ölümdən xilas edən təbii anti-cisim idi.

james-harrison-004-today-150612_f55573dfd4bf9e2a7b20624c2ab1b207-today-inline-large

1956-cı ildən 2011-ci ilədək Ceyms 1000 dəfə qan vermişdir (təqribən 400 litr, Ginnes rekordudur). Onun qanının köməyi ilə 2 milyon 400 min insanın (uşaq və hamlə qadın) həyatı xilas edilib. Ceymsin qanında olan unikal immunoqlobinin öyrənilməsi həmçinin kömək oldu ki, hazırda müalicə məqsədilə effektiv istifadə olunan süni anti-cisimlər yaradıldı.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: