Bu gün “Qarabağ” tarixi oyunda qalib gəldi.
Bu gündən etibrən UEFA Çempionlar Liqasının play-off mərhələsinə start verildi.
Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında Danimarkanın “Kopenhagen” komandasını sınağa çəkdi. Qarabağ FK sayəsində Azərbaycanda ilk dəfə UEFA ÇL-nın himni səsləndi.
Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionunu 1:0 hesabı ilə məğlub edərək qələbə qazandı. “Qarabağ” komandasının futbolçusu Mahir Mədətov 25-ci dəqiqədə vurduğu qol oyunda yeganə qol oldu. Oyun zamanı “Qarabağ”ın üstünlüyü açıq-aşkar hiss olunurdu. Bütün komanda olaraq hücumda, müdafiədə komandamız möhtəşəm oyun sərgilədi.
Biz “Bildirchin Group” olaraq komandamızı təbrik edirik! Qalibiyyətin davamı gəlsin…
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.