Qarın şişliyini aradan qaldıran qidalar 

Qarın şişliyi bir çoxlarında müxtəlif səbəblərdən yarana bilər. Tətil mövsümü yaxınlaşarkən çoxlu qida qəbul etmək və səhv saxlanan pəhrizlər şişliyə və ya mədədə qazın yığılmasına səbəb ola bilər. Digər önəmli faktorlar isə xərçəng, hormonal dəyişiklik və iltihablanma da ola bilər. Bu kimi hallarda həkimə müraciət etmək məsləhət görülür. Sağlamlığınızda hər hansı problem yoxdursa, doğru qidalarla qarındakı şişliyi aradan qaldırmaq olar. Qarında şişlik pis görünməklə yanaşı, əhval-rihiyyəyə də təsir. Məsələn, vitrində bəyəndiyiniz geyimi qarındakı şişlik ucbatından ala və ya geyinə bilmirsiniz. Bu isə həm də depressiyaya səbəb ola bilər. İncəbel və şişsiz qarınla isə daha xoşbəxt olacaqsınız. 

Lifli qida – Gündəlik qidalanmada tərkibində lifli maddələr olan məhsullara üstünlük verin. 
Çiyələk, alça, brokoli kimi meyvə və tərəvəzlər bağırsaqlara yaxşı təsir edir. 

Bitki köməyi – Zəncəfil, nanə və ya yaşıl çay da qarın şişliyini aradan qaldıra bilir.

Qəhvəyi düyü – Qəhvəyi rəngli düyü bağırsaq funksiyalarına yaxşı təsir edir və bakteriyaları uzaqlaşdırır. 

Kərəviz – Kərəvizin tərkibindəki natrium və kalium sayəsində bədəndəki su balansını qoruya bilir. 

Banan – Bananın tərkibindəki kalium vücuddakı natrium səviyyəsini nizamlayır və şişliyi aradan qaldırır.

Su – Yeməkdən əvvəl ilıq su içmək də qarın şişliyinə kömək edir.