Ad günlərində tortun üzərində olan şamları üfürmək adətininin nə qədər zərərli olduğunu bilirsinizmi? Aparılan araşdırmalar göstərmişdir ki, üzərinə üfürülmüş tort digər bir tortdan 14 dəfə daha çox bakteriyaya ev sahibliyi edir. İlk baxışdan zərərsiz vərdişlər əslində faydalı qidanı belə zəhər edir:

  • Limonlu su

Bir çoxlarımız limonlu suyun faydalı olduğunu düşünürük. Bəli, ev şəraitində bu belədir. Ancaq restoranlarda aparılan araşdırmalar göstərmişdir ki, nəm limon dilimi əldə olan bakteriyaların 100%, quru limon dilimi isə 30% suya keçirir.

  • Bir dəfəlik  istifadə üçün nəzərdə tutulmuş şeylər

Əminik ki, sizin də evinizdə paketlər üçün paket var. Bu paketlərdən dəfələrlə istifadə edirsiniz. Hərçənd ki, onlar bir dəfəlik istifadə üçün nəzərdə tutulmuşdur. Əks təqdirdə mikrob və bakteriyalardan qurtuluş yoxdur.

  • Çəngəl və qaşıqdan istifadə etmək yerinə, batıraraq yemək

Pomidor çığırtması olsada yumşaq çörəyi batıraraq yesək. Deyilmi? Deyil! Xüsusilə əgər bir tavadan bir neçə nəfər yeyirsə, çünki bakteriyalar sizə nuş etməyə imkan verməyəcək.

  • 5 dəqiqə qanunu

Çörək dilimi yerə düşdü və 5 saniyə keçmədən qaldırdın? Zərərsizdir ye! deyənlərə qulaq asmayın. Çörək dilimi artıq bakteriyaların içində üzür.

  • Ətin buzlarını otaq temperaturunda əritmək

Bir çox ev xanımları məhz bu üsuldan istifadə edir, ancaq onların xəbəri yoxdur ki, bu üsul ətin dadının korlanmasına və ətdə bakteriyaların çoxalmasına səbəbdir.

  • Hər şey üçün bir taxta

Ət, meyvə, tərəvəz- bir sözlə hər şeyi bir taxtada doğramaq aşpazlıqda əsl cinaətdir, çünki həmin taxtada olan mikrobların sayı unitazın qapağında olan mikrobların sayından 200 dəfə çox olacaq. İndi isə yaşayın bu həqiqətlə..