“Qiraətçi” filmindən seçilmiş sözlər

1200

Stiven Doldrinin rejissorluğu ilə çəkilən bu film dram janrındadır. Devid Heyrin ssenarisi əsasında ekranlaşdırılan “Qiraətçi” filmi müharibədən sonrakı insan həyatından, ehtirasdan və məhəbbətdən bəhs edir.

İlk dəfə 2008-ci ildə izləyicilərə təqdim olunan bu film 124 dəqiqə davam edir. Büdcəsi 109 milyon dollar olan film ABŞ və Almaniyanın birgə istehsalıdır. “Qiraətçi” filminin əsas qəhrəmanlarını gözəl aktrisa Keyn Uinslet, Reyf Fans və Devid Kross canlandırır.


Sizə filmdə işlədilmiş ən yadda qalan və maraqlı ifadələri təqdim edirik. 🙂

“Gizlilik anlayışı qərb ədəbiyyatının təməlidir.”

“Mənim nə hiss etdiyimin nə mənası var? mənim nə hiss etdiyimin nə mənası var? Ölülər hələ də ölüdür elə deyil?”

“Sən məni incidə bilməzsən. Sənin məni üzməyə gücün çatmaz. Məni üzə biləcək qədər önəmli deyilsən.”

“Daha çox əzab çəkdikcə, daha çox aşiq olurdum.”

“Nə hiss etdiyimiz önəmli deyil. Tamamilə önəmsizdir. Əsl sual nə etdiyimizdir.”

“Sadəcə bir şey ruhun əksikliyini tamamlaya bilər, bu şey sevgidir.”

“Mən sənsiz yaşaya bilmərəm. Sən tərk etmək düşüncəsi belə məni öldürür.”


Film Bernhard Schlink-in eyni adlı əsəri əsasında çəkilmişdir. Bir çox mənbələrdə bu film “Qadınların izləməli olduğu filmlər” siyahısına əlavə edilmişdir.