Heç də sirr deyil ki, bir milyarddan çox əhalisi olan Çin ekologiyası ilə fərəhlənə bilmir. Britaniyalı rəssam Mett Houp havadakı zərərlərdən az da olsa qurtulmaq üçün öz velosipedinə hava filtri qoşmuşdur. Bu sistem çox sadə qurulmuşdur. Demək hava velosipedin arxasındakı filtrə generator ilə daxil olur, təmizlənir və turba ilə qırıcı təyyarə maskasına daxil olur. Bu mexanizmi ərsəyə gətirmək üçün  detalları almaq üçün Houp internet mağazalara müraciət etmişdir. 


Burada ancaq bir əmma var və bu ciddi problemdir. Qaz əleyhinə sistem ilə təchiz olunmuş qırıcı maskaları adamı yağış zamanı hər an ildırım vura bilər.


Mettin sözlərinə görə o bu ixtiranı kütləvi istehsal üçün yaratmayıb. Onun əsas məqsədi insanlara Pekin şəhərində havanın necə pis olması, lakin bunun müqabilində heç bir tədbirlərin görülməməsini göstərmək olub.  Mettin məqsədinə baxmayaraq, Çinli istehsalçılar onun mexanizmi ilə bəlkə də maraqlanıblar. Kim bilir ?!