Nar tumunun yağı qırışların birinci düşmənidir. Kiçik qırmızı nar dənələri əvəzolunmaz dadı ilə, xüsusi ilə qadınlar üçün faydalı hesab olunur.

Qadınlar gözəl görünmək üçün müxtəlif üsullara əl atır. Qırışların yaranmamsı, ya da qarşısını almaq üçün bahalı kremlərə çoxlu pul xərcləyirlər. Lakin qırışların qarşısını almaq üçün ilk növbədə düzgün və sağlam qıdalanmaya fikir vermək lazımdır. 

Narın tumlarından əldə edilən yağ kosmetik vasitələr arasında birinci yeri tutur. 

Narın faydaları:

Dəri üçün faydalı hesab olunan E vitamini ilə zəngindir.
Güclü antioksidantlarla zəngindir.
Dərini qidalandırır və yaşlanmanı gecləşdirir.
Selülitlərin azalmasına səbəb olur.
Dərini və orqanizmi C vitamini ilə təmin edir.
Hüceyrələri yeniləyir və dəridəki qırışların azalmasına gətirib çıxarır.
Dərini gəncləşdirir. 
Dərinin itirdiyi kalojeni geri qaytarır.
Həmçinin dəriyə parlaqlıq və aydınlıq gətirir.
Dərinin nəm balansını qoruyur.
Saçları möhkəmləndirir və parlaqlıq qazandırır.
Dərini mikroblardan təmizləyir.
Əllərdəki quruluğu aradan qaldırır.
Üzdəki ləkələrin azalmasına səbəb ola bilir.
Sızanaqlara qarşı yaxşı mübarizə üsuldur.
Dərini yumşaldır.
Menopoz sıxıntılarının dəridə olan təsirlərini minimuna endrir.