Bu bitkinin 1 qramı 100 000 qram (100 litr) suyu sarı rəngə boyayır. Bitkilər aləminin “örtülütoxumlular” şöbəsinin “ikiləpəlilər” sinfinin “quzqonmazçiçəklilər” sırasının “süsənkimilər” fəsiləsinə aid olan, yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Soyuq və şaxtalı havalara tab gətirə bilən zəfəranın kökü -18°dən +40°-dək temperaturda inkişaf edir. Amma çiçəkləmə dövründə, əksinə olaraq quru və günəşli hava əlverişlidir, çünki zəfəranın çiçəkləri donmağa qarşı çox həssasdır. Zəfəranın becərilməsi 3 min il öncəyə gedib çıxır. Bu bitki əsasən İranda, İspaniyanın cənubunda və Pakistanın Kəşmir əyalətində, həmçinin Azərbaycan, ABŞ, Mərakeş, Hindistanda, Meksikada, Türkiyədə, Fransada, Misirdə, Əfqanıstanda və Çində becərilir.

Azərbaycan dilindən başqa ərəb dilində də bu bitkiyə “zəfəran” deyilir. İspanca “azafran”, ingiliscə “saffron”, fransızca “safrane”, italyanca “zaferano” və hind dilində “zuffron” adlanır.

Zəfərandan əsasən boyaçılıqda, əczaçılıqda və yeyinti sənayesində istifadə olunur. Keçmişdə boyaçılıqda xalça və s. boyamaq üçün geniş istifadə olunub. Buna səbəb həm boyama gücünün həddindən artıq çox olması (öz miqdarının 100 min misli qədər), həm də xoşagələn parlaq sarı rəng verməsi idi. Amma zəfəranın qiymətinin baha olduğuna görə indi boyaq maddəsi kimi çox az istifadə olunur.

Zəfəranın əsas istehsalçısı İrandır. Belə ki, bu ölkənin payına ümumi zəfəran istehsalının 65%-dən çoxu düşür. İran hər il 40-dan çox ölkəyə ümumilikdə 200 tona yaxın zəfəran ixrac edir. Bu ölkələr əsasən İspaniya, BƏƏ, Almaniya, İtaliya, Fansa, Bəhreyn və İsveçrədir.

Dünyada zəfəranın 70 cinsinə aid 1800 növü məlumdur.

Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. “Zəfəranlı aş”, “zəfəranlı piti” adlanan xörəklər çoxlarına məlumdur.

Bu ədviyyatın qiyməti 400 ilə 1000 dollar arasında dəyişir. Əlbəttə bunların da arasında qismən keyfiyyəti aşağı olan növləri vardır. Misal olaraq İran zəfəranının kiloqramı 460 dollara satılır. Yunanlara məxsus zəfəranın kiloqramı isə 800 dollara yaxındır. Bunların arasında ən bahalısı ispanlara məxsus olan növdür və onun qiyməti 1000 dollar sayılır. Çünki bu ədviyyatın hazırlanması qaydası olduqca çətindir və uzun bir prosesdir. Bu bitkinin çiçəklərini üç gün ərzində yığmaq lazımdır, çünki zəfəran elə bir bitkidir ki, onun çiçəyi yalnız şəfəq saçanda açılır. Bu çiçəklər isə yalnız üç sutka müddətində qalır, daha sonrakı günlərdə artıq ondan zəfəran hazırlamaq mümkün olmur. Belə əziyyətdən sonra ən uzağı 100 000 çiçək yığmaq ehtimalınız vardır, bu isə hazırlanma nəticəsində 1 kq zəfəran edir. Məhz buna görə də həmin bitki artıq bütün dünyada “qırmızı qızıl” adlandırılır. Əlbəttə bütün bunların tərkibinə onun rəngi, dadı, eyni zamanda qiyməti də əlavə edilir.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂