1. Rings

Filmin qəhrəmanı Şizuko Yamamuranın prototipi var. 1886-cı il təvəllüdlü Şizuko Mifune uzaqgörən imiş. 1910-cu ildə onu şarlatanlıqda ittiham etdilər və 1 il sonra o, vulkanın içinə atlayaraq intihar etdi.

2. The Texas Chainsaw Massacre

Filmin sonunda hər kəsi qorxudan skelet saxta deyil. O, Hindistandan alınmış həqiqi skeletdir.

3. The Shining

Baş qəhrəmanın həyat yoldaşı rolunu canlandıran Şelli Düval çəkiliş boyu ağlamalı olduğu üçün bir anda gözündən yaşların gəlmədiyini anladı. Həkimlər onun göz yaşlarının tükəndiyini söylədi və bol-bol su içməsini tövsiyyə etdi.

4. A Nightmare on Elm Street

Çəkiliş zamanı baş qəhrəmanı canlandıran Robert İnqlund əlcəyinin bıçağı ilə barmağını kəsərək, xeyli qan itirmişdi.

5. Candyman

Tony Todun  ağzından arıların çıxdığı səhnədə həqiqi arılardan istifadə olunmuşdu. Aktyoru müdafiə edən tək şey boksyor ağızlığı olsa da, xoşbəxtlikdən o, xəsarət almadı.

6. The Evil Dead

Personajların atılmış evdə marixuana çəkərək kaseti ilk dəfə dinlədikləri səhnənin çəkilişi zamanı aktyorlar həqiqətən də sözü gedən narkotik vasitədən istifadə etmiş və çəkiliş meydançasında yol verilməz şeylər baş vermişdi. Bu səbəbdən də səhnəni yenidən çəkmək lazım gəldi.

7. Interview with the Vampire

Aktyorların damarlarının tam çıxması üçün onlar qrim olunarkən yarım saat ərzində başlarını aşağı sallayırdı.

8. Paranormal activity

Bu filmin heyranı olan Stiven Spilberq ona ilk dəfə gecə evində baxdığı zaman, o qədər qorxmuşdu ki, filmi yarıda qoymuş və səhər baxmağa davam etmişdi.