Quduzluq ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası. Vaxtında müalicə olunmazsa insan üçün ölümcül təhlükəlidir.

Bu zoonoz infeksiyadır və virusu yayan ət yeyən heyvanlar: tülkülər, çaqqallar, canavarlar və həmçinin ev heyvanları: itlər, pişiklər sayılırlar. Yoluxma əsasən dişləmə və ya zədələnmiş dəri örtüklərinə infeksiyalaşmış ağız suyunun bulaşması ilə baş verir. İnsandan bir qayda olaraq virus ötürülmür.

Hər il təxminən Hindistanda 55 000 insan quduzluqdan tələf olur. Təqribən ildə 10 milyon insan quduzluğa şübhəli xəstə kimi müalicə olunur.

Quduzluq əleyhinə peyvənd olunmuş ilk şəxs elzaslı oğlan Jozef Meyster idi. Bu geniş yayılmış faktdır. Onu it dişləmişdi, oğlan öləcəkdi və yerli həkim Pasterin itlər üzərində təcrübələrini eşidib uşağı Parisə göndərir. Ona qurudulmuş quduz dovşan beynindən peyvəndlər vurulur və uşaq sağalır. Maraqlı olan almanların reaksiyası idi.

Onlar “bizim elzaslının” kömək üçün Parisə yollanmasını pis qarşılayıb. O illərdə Elzas Almaniya ərazisi idi və acığa düşən almanlar Pasterin “bütün xəstələri Parisə göndərin” mesajını cavabsız qoyurlar.

Ruslar Smolensk tərəfdə canavarın dişlədiyi xəstələri Parisə göndərəndən sonra alman mətbuatı acığa yazır ki, bu xəstələrin hamısı öldü, halbuki böyük hissəsi sağalmışdı. Almanların acığına rus çarı III Aleksandr Pasterə 40 min rubl ianə və I dərəcəli Müqəddəs Anna ordenini göndərir.