Bəzən məsələlərin həll yolunu yalnış yerlərdə axtarırıq. Məsələn, sağlam saçlara sahib olmaq üçün market rəflərində şampun axtarmaqdan öncə qida rasionunuza diqqət etməlisiniz. Saçlarınızı qidalandıracaq məhsullar isə bunlardır:

Süd və süd məhsulları

Bu məhsullarda saçların ehtiyac duyduğu bütün vitaminlər var. Xüsusilə əgər saç tökülməsindən əziyyət çəkirsinizsə, hər gün 1 stəkan süd içməyi vərdiş edin.

Delicious milkshake served in glass Free Photo


Banan

Bananın tərkibində olan silikon saçları möhkəmləndirir və uzadır. Biotin isə, saçlardan əlavə dırnaq və dəriyə də müsbət təsir göstərəcək.

banana, board, fit


Günəbaxan tumu

Saçların qırılırması sinkin çatışmamazlığına işarədir. 100q tumda isə 5.2 mq sink var. Tumun tərkibində olan B6 vitamini ilə birlikdə o, möcüzələr yaradacaq: saçlarınız parlaq və yumşaq olacaq.

Sunflower Seeds Free Photo


Kivi

Kivi C vitamini ilə zəngindir. Bu isə o deməkdir ki, yaşıl meyvə saçlardan əlavə dişlər, əzələlər, dırnaqlar və sümüklər üçün də faydalıdır. C vitaminindən əlavə, kivinin tərkibində riboflavin, tiamin və başqa faydalı minerallar mövcuddur. Yeri gəlmişkən, kivini qabığı ilə birlikdə yeməyi sınamısınızmı? Bağırsaqlar üçün olduqca faydalıdır.

Organic Kiwis on Wood Free Photo


Qoz-fındıq

Qoz, fındıq, püstə, badam – seçiminizdən asılı olmayaraq bütün bu çərəzlərin tərkibində biotin, A və E vitamini var. Bu maddələr saçlarınızı elə  canlandıracaq ki!

Various nuts in wooden box Free Photo


Ciyər

Zülal, biotin, B qrupunun vitaminləri, A vitamini və dəmir – bütün bunlar ciyərin tərkibində var. Rasionunuza ciyəri əlavə etməklə, saç tökülməsə və kəpəyə son qoyacaqsınız.

Raw chicken liver for cooking with onions and peppers Premium Photo

Artıq nə etməli olduğunuzu bilirsiniz!