Riçard Gir həyat haqqında…

120

Yaxın dostumun anası bütün həyatı boyu sağlam qidalanıb. Heç vaxt zərərli qida qəbul etməyib və hər gün fiziki məşqlərə vaxt ayırıb, heç vaxt günəş altına gündən qoruyucu vurmamış çıxmayıb, çıxsada çox az vaxt keçirib günün altında. Bir sözlə, sağlamlığını qorumaq üçün əlindən gələni edib. Hal-hazırda onun 76 yaşı var və o, eyni zamanda bir neçə orqanın onkoloji xəstəliyindən əziyyət çəkir.

Həmin dostumun atasının gündəlik rasionu isə ən yağlı, kalorili və ziyanlı xörəklərdən ibarət olub. O, heç vaxt idmanla məşğul olmayıb və isti fəsillərdə kömürə dönənə kimi günəş vannaları qəbul edib. Dostumun atası həyatdan bacara bildiyi qədər zövq alıb və ətrafdakıların məsləhətlərinə heç vaxt qulaq asmayıb. Onun 81 yaşı var və həkimlərin dediyinə görə o, cavan adam kimi sağlamlığa malikdir.

İnsanlar, siz öz qismətinizdən gizlənə bilməyəcəksiniz. Qismətiniz mütləq sizi tapacaq. Dostumun anası isə peşmanşılıqla bunu qeyd edirdi: “Bilsəydim ki, həyatım bu şəkildə bitəcək, həyatdan maksimum şəkildə zövq almağa çalışardım və mənə qoyulan qadağalara əməl etməzdim!”. Heç kim bu dünyada sonsuz qalmır və buna görə özünüzə yaşama imkanı verin. Dadlı xörəklər yeyin, günəş altında gəzin, ürəyinizdəki hissləri və sözləri gizlətməyin. Xeyirxah, mehriban, hətta qeyri-adi olmaqdan qorxmayın, xoşbəxt olmaqdan qorxmayın!

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: