Bütün elmlərin kraliçası hesab olunan riyaziyyat elmi 2000 ildən artıqdır ki, insanları maraqlandıran məsələlərin və bəşəriyyətə anlaşılmaz olan fenomenlərin izahatının axtarışındadır.

    Bəşəriyyətin riyazi kəşflərini təhlil etsək görərik ki, bütün dahiyanə tapıntılar qaçılmaz həqiqəti  əldə etmək istəyindən, informasiyanın təhlili və dəqiq mülahizələri ilə müxtəlif təbii hadisələrin tədqiqatı nəticəsində kəşf edilib.

    İndiki zamanda riyazi təfəkkür insan fəaliyyətinin müxtəlif aspektləri üzrə tətbiqini tapmışdır: riyazi və statistik təhlil siyasi tədqiqatlarda , qədim artefaktların həqiqiliyini müəyyənləşdirilməsində, nəqliyyat magistrallarının yükünün analizində, aqrosənayə sahəsində davamlı məhsul təminatının strategiyasının formalaşmasında istifadə olunur.

    Bu gün riyaziyyat  bəşəriyyət üçün heç vaxt olmadığı kimi dəyərlidir,  ona görə də bu riyazi terminlərdə düşünməyi öyrənmək, hər bir şüurlu insan üçün mühüm tapşırıqdır.

    Riyaziyyat rəqəmlərlə işləməyi sevməyən insanlara belə maraqlı gələ bilər və bugün biz sizə bəzi riyazi, arifmetik məsələlər və həndəsi tədqiqatlar haqqında reytinqli faktları təqdim edirik.


1. Çeynəmə, beyin fəallığının stimulyatoru kimi

Araşdırma zamanı müəyyən edilib ki, riyaziyyat üzrə test zamanı saqqız çeynəyən tələbələr yaxşı nəticələr göstərir.

2. 2 520 sayının maraqlı cəhəti

2 520 1-dən 10-a qədər olan rəqəmləri qalıqsız bölə bilən ən kiçik rəqəm hesab olunur.

3. Qalstuk – riyazi tədqiqat obyekti kimi.

Riyaziyyatçılar qalstuk bağlamaq  üçün 177 147 üsul olduğun hesablamışlar.

4. Dünyanın elmi sərvəti

1900-ci ildə dünyadakı riyazi tədqiqatların bütün nəticələrini 80 kitabda olar yerləşdirmək olardı. İndi isə bunu çətinliklə 100.000 kitaba yerləşdirirlər.

5. Doğum günü paradoksu

Doğum günü paradoksunda deyilir – cəmi 23 nəfərlik qrupda ən azından iki insanın doğum gününün eyni tarixdə olmasına  50% şans var.

6. İsaak Nyutonun kəşfi

İsaak Nyuton görə, riyazi hesablamanın kəşfinə sərf olunan vaxt  təxminən  adi tələbənin bu elmə yiyələnmə müddətinə bərabərdir.

7. Dünyanın riyazi rekordu

2010, riyaziyyat Dünya gününün qeyd edilməsi çərçivəsində, 1.13 mln. tələbə dünyanın 235 ölkəsindən rekord müəyyənləşdirib: Onlar kollektiv şəkildə 479,732,613 suala düzgün cavab verə biliblər.

8. Milyon dollarlıq cavab

Kley Riyaziyyat institutu bu fərziyyələrdən birinin: Xoca, Puankare və Riman fərziyyələrini həll edə biləcək olan insana 1mln. dollar təklif edirlər.

9. Həndəsi xüsusiyyət

Eyni perimetrə sahib olan bütün həndəsi fiqurlar arasında ən böyük sahəsi olan dairədir.

10. Riyazi slenq

Tay dilində  5 “ha” kimi tələffüz edilir. 555 isə Ha-ha-ha ifadə edən slenq-fraza hesab olunur.

11. Palindrom və ya güzgülü say

Palindrom hər iki istiqamətdə eyni formada  oxunur, məsələn, 12 421.

12. Xurafat say

1995-ci ildə Taybeye sakinlərinə “4” rəqəmini  topoqrafik adlardan götürməyə icazə verdilər, çünki bu sayı çin dilində “ölüm” kimi səslənir.  Bir çox çin xəstəxanalarında 4-cü mərtəbə yoxdur.

13. Google adının tarixi

Googol (Google brendinin mənşəyi və əhəmiyyəti) bu 1 sayını 100 sıfırla göstərmək üçün istifadə olunan termindir.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂