YORĞUNLUQ
Yorğunluq iştaha birbaşa təsir edən əhəmiyyətli faktordur. Tərkibində C vitamini olan meyve və tərəvəzlər yorğunluğu aradan qaldırır. Vitamin itkisinin qarşısını almaq üçün meyvələrin bişməmiş şəkildə yeyilməsi tövsiyyə edilir. Halsizlıq kimi vəziyyətlərdə  bolluca kalsium da qəbuletmək lazımdır. Süd, qatıq, pendirdə bol miqdarda kalsium var.

UTANCAQLIQ
Utancaqlar zəngin fosfor  tərkibli qidalara üstünlük verməlidirlər. Balıq və paxla yemək məsləhət görülür.

ƏSƏBİLİK
Əsəbi vəziyyətdə yağlı toxumlar yəni fındıq, qoz yeyilməlidir. Fındıq ən yaxşısıdır. Kafeindən isə uzaq durmaq lazımdır.

MƏYUSLUQ
Ənginar (El arasında Artişok kimi də tanınır) və kərəviz başımıza gələn pis vəziyyətləri unutmağa kömək edir. Psixoloji baxımdan müsbət təsir göstərir.