Rus ədəbiyyatının usta yazarlarından: Anton Çexov

0
338

Anton Pavloviç Çexov, *29 Yanvar 1860-cı ildə, Rusiyanın cənubunda Azak dənizi sahillərindəki, Yunan tacirlərin tez-tez ziyarət etdiyi liman şəhəri olan Taganrog’da doğulmuşdur. Bura, həyatın stabil olaraq yaşanıldığı, insanların çoxunun bir-birini tanıdığı bir yerdir. Şəhərdə qapısı üzərində “Çay, şəkər, qəhvə və başqa məhsullar” yazılan bir baqqal var idi. Hələ kiçik bir uşaq ikən Çexov, uşaqlığını atasının sahibi olduğu bu baqqal dükanına gələn müştərilərlə maraqlanaraq yaşamışdır. Oğlunu bir tacir olaraq yetişdirmək istəyən atası, çalışqan, özünün və üç oğlunun azadlığını qazancıyla satın almış bir torpaq köləsinin oğlu Pavel Egoroviç‘dir. Sərt, avtoritar və dindar biridir. Bu səbəbdən altı uşağını da dindar bir xristian olaraq yetişdirmək niyyətindədir.



Çexov’un uşaqlığı atasının təzyiqi altında keçmişdir. Buna baxmayaraq illər sonra yazar olduğu zaman “Qabiliyyətlərimiz atamızdan, ruhumuz da anamızdan keçmişdir.” deyəcəkdir.


Çünki atası olduqca qabiliyyətli biri idi. Heç təhsil almadığı halda skripka çalır, yağlıboya ilə şəkillər çəkirdi. Ana Evgeniya Yakolevna isə səssiz bir qadın idi. Çexov’un ruhunu anasından aldığını söyləməsi boş yerə deyil, çünki onun Anton Çexov’un yazarlığını bəsləyəcək bir xüsusiyyəti var idi: O, çox yaxşı nağıl nəql edərdi.



Anası fərqli səfər əhvalatlarıyla oğlunun xəyal dünyasını genişləndirməyə çalışsa da, atası onu bir tacir olaraq yetişdirmək istəyirdi. Oğullarından birinin mütləq şəkildə zəngin olmasını istəyirdi. Ana Evgeniya Yakolevna isə oğulunun bir Rus məktəbinə getməsinin tərəfdarı idi. Beləliklə qərar verilir. Anton və qardaşı Nikolay 1867-ci ildə Taganrog’dako Yunan məktəbinə göndərilir.


Əslində kilsədən və dükandan uzaq bir həyat hər iki qardaş üçün də məmnunedici idi. Ancaq nə Anton, nə də Nikolay bir il boyunca Yunan dilində bir söz belə öyrənə bilmir. Atası onları məktəbdən çıxardır və Taqanroq Liseyinə qoyur. Çexov, bu illərdə dostları arasında gülməli əhvalatlar anlatmaq qabiliyyətiylə tanınırdı. Ona ən çox təsir edən müəllimi isə keşiş Pokrovski olmuşdur. Pokrovski ona dərslərdə Şekspiri, Höteni, Puşkini izah edir, Moliere və Swift’i oxumasını məsləhət görürdü. Bu illərdə Çexov həm də teatrla tanış olur və müasir teatrda cığır açacaq tamaşalar yazacaq bir yazıçının ilk addımları atılır. Sonralar isə teatr onun üçün bir ehtirasa çevrilir, tez-tez məktəbdən qaçıb gəldiyi yeganə məkan olur. Bu zamanlar aktyorluğa da meyl edir. Qardaşlarıyla birlikdə tamaşaçılarının qonşuları və qohumları olduğu tamaşalar hazırlayır, təqlidlər edir.



Bu vaxt Çexov’un böyük qardaşları Aleksandr və Nikolay daha azad bir həyatın düşüncəsiylə ​​evdən ayrılaraq Moskvaya gedirlər. Aleksandr riyaziyyat oxumağa, şəkilə qabiliyyətli Nikolay isə gözəl sənətlər akademiyasına doğru yola düşür. Çexov, böyük qardaşlarını evdən uzaqlaşması ilə gedərək yalnızlaşır. Bu vaxt ata Pavel Egoroviç’in işləri hər keçən gün mənfiyə doğru irəliləyir. Nəhayət ki, bıçaq sümüyə dayanır və ata iflasa uğrayır. Borclulardan qaçmaq üçün Moskvaya gedir. Anton Çexov isə, evdə qalan əşyaları satıb, pulunu ailəsinə göndərmək və liseyi bitirmək üçün Taganrog’da qalır.


Çexov bir tərəfdən işləyib, bir tərəfdən də məktəbi bitirə bilmək üçün canla başla dərslərinə çalışır. Tətil günlərini isə bələdiyyə kitabxanasında kitablar oxuyaraq keçirir.



1877-ci il Çexov üçün bir dönüş nöqtəsi olur; Çexov Pasxa tətili üçün Moskvaya gedir. İlk dəfə Taganrog’dan, lüks mağazaların vitrinlərinin insan kütləsinə qarışdığı bir şəhərə gəlir. Və bura yenidən gəlməyin xəyalını qurmağa başlayır.


1879-ci ildə liseyi bitirdikdən sonra Moskvaya ailəsinin yanına köçür. Bir il sonra Moskva Universitetində tibb təhsili almağa başlayır. Bir tərəfdən də pul qazanmaq üçün yumor jurnallarına kiçik hekayələr yazır. Çexov ilk yazılarında ‘Qardaşımın Qardaşı’, ‘Ulysee’ kimi ləqəblərdən istifadə edir. Ən çox istifadə etdiyi ad isə, liseydəki müəlliminin ona verdiyi ləqəb olacaqdır: “Antoşa Çexonte”.


1882-ci ildə, dövrün məşhur yumor jurnallarından biri olan Oskolki’nin (Işıltılar) sahibi ilə tanış olur və daha çox ödənişlə burada yazmağa başlayır. Ancaq bir problem vardır. Yazıları 100 sətiri keçməməlidir. Әvvəl zamanlar çətinlik çəksə belə sonralar, yazdıqlarında daim qısa və konkret olmağı özünə qanun edir.


1884-cü ildə hekayələrindən ibarət “Melpomena Nağılları” nı dərc edir. Eyni il Tibb fakültəsindən məzun olur və həkimliyə başlayır. Yazıçılıqla həkimliyi bir arada apararaq, uzun müddət “Həkimlik mənim arvadım, ədəbiyyat isə məşuqəmdir.” deyəcəkdir.


Tibb fakültəsindən məzun olduqdan bir il sonra Rusiyanın ən böyük gündəlik qəzetlərindən biri olan Novoye Vremya’da (Yeni Zamanlar) yazmaq üçün təklif alır. Artıq yazdıqları daha geniş oxucu kütlələrinə çatır.

Çexov və Qorki


1886-ci ildə ikinci hekayə kitabı “Rəngli hekayələri” Anton Çexov imzasıyla dərc etdiri. Bir il sonra da Rusiya Elmlər Akademiyasının verdiyi Rus ədəbiyyatının ən qiymətli mükafatlarından Puşkin Mükafatını alır. Ardından da Kors Teatrı üçün bir tamaşa yazmağa başlayır: “İvanov”.


1888-ci ildə onun parlamasını təmin edəcək, Çexov’un ən məşhur və ən gözəl əsərlərindən biri yazılır. 1889-ci ildə Çexov, qardaşı Nikolayı vərəmdən itirir. Qardaşının ölümü, “Meşə Cini” adlı tamaşasının tənqidçilər tərəfindən bəyənilməməsi Çexov’u gedərək böhrana sürükləyir. Özünə yapışacaq bir budaq axtaran Çexov bunu Hüquq fakultəsində oxuyan kiçik qardaşının dərs qeydləri arasında tapır: “Qərar verilməyənədək bütün diqqətimiz qatilin üstündə toplanır amma həbsxanaya göndəriləndən sonra bütünlüklə unuduruq onu… Bəs həbsxanada nələr olur?”


Çexov həbsxanada baş verənlərin cavabını tapmaq üçün Yaponiyanın şimalında cəzaçəkmə müəsisəsi olan Sahalin’ə, məhkumların həyatına doğru uzun bir səfərə çıxmağa qərar verir. Bu cəhənnəm adasında 8 ay qalır və geri qayıtdıqdan sonra buradakı müşahidələrini “Saxalin adası” adlı bir kitabda toplayır.



Çexov, 1892-ci ildə səssiz və sakit həyat axtarışıyla bir malikanə alır. Bir tərəfdən həkim olaraq ən uzaq kəndlərdəki xəstələrlə belə maraqlanarkən, digər tərəfdən kənddə üç məktəb, bir klinika açdırır. Bu vaxt qələm də əlindən düşmür. ” Üç il “,” Qara Keşiş “,” Naməlum Bir Adamın Hekayəsi “,” Mujiklər “kimi hekayələrini burada yazır. Şah əsərlərindən biri olan “Qağayı” da bu illərin məhsuludur.


Ancaq universitet illərindən bəri ciyərini ələ keçirən vərəm artıq yaxşıca irəliləyir. Həkimlər Çexova bir sahil qəsəbəsində yaşamağı təklif edir. Beləliklə evini satıb Krımın Yalta şəhərinə yerləşir. “Vişnə Bağçası” və “Üç Bacı” nı da burada yazır.


1901-ci ildə teatr aktrisası Olga Knipper ilə evlənir ancaq evlilikləri üç il davam edir. Ayrılıq, Çexov’un müalicə üçün getdiyi Almaniyanın Badenweiler şəhərində həyatını itirməsi ilə birlikdə gəlir…



Anton Çexov, yazdıqlarının bütün dünya tərəfindən oxunulacağını təxmin etməyərək və böyük təvazökarlıq göstərək yazıçılığına yeddi il ömür biçmişdir. Bu gün isə Çexov, qısa hekayələr və müasir teatrda cığır açan, müasir ədəbiyyatın ən usta yazıçılarından biridir.


*Bəzi qaynaqlarda ad günü 16 Yanvar olaraq da qeyd olunur.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: