Şəhər var, qanun yox…

0
264

Bir zamanlar dünyada əhali sıxlığının ən çox olduğu yerin bura olduğu düşünülürdü. “Kovloon valled City” 50 min adam bir neçə blok içində sıxışıb qaldığı bir şəhərdir.

20-ci  əsr boyunca Hong Kong yanında böyüyən “Kovloon Valled City” əslində köhnə bir Çin hərbi qalası idi. Qala ətrafının ingilis rəhbərliyinə keçməsiylə və əhalinin artmasıyla ətrafı divarlarla örtülü bir sahəyə çevrildi. Xüsusilə II Dünya Müharibəsindən sonra sürətlə əhalisi artan şəhərin divarları da zaman içərisində yıxıldı. Uzunluğu 210 metr, eni 160 metr olan böyük  bir park qədər sahəni əhatə edən və kompleks bir quruluşu xatırladan bu bölgə, 1987-ci ildə 33 minə çatan əhalisiylə orta böyüklükdə bir şəhər halını aldı.

Bölgənin əhali sıxlığı inanılmaz dərəcədə yüksəkdir. İstanbulda kilometr kvadrata düşən adam sayı ortalama 2 min 400-dürsə, bu rəqəm burada 1 milyon 250 min adama çıxır. Şəhər zaman keçdikcə və əhali artdıqca qanunsuz bir şəhərə çevrildi. Bölgədə narkotik istifadəsi, fahişəlik, qumar adi hala çevrilib. Aşağıdakı fotolarda sizə “Kovloon valled City” şəhərindən bəzi fotoları təqdim edirik…

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: