1. Kababı köz öldürər, igidi söz.

  2. Kamil insan kəlamından bəllidir.

  3. Kar iti qurd aparar.

  4. Kar üçün iki dəfə azan verilməz.

  5. Kasıb at tapanda ot tapmaz, ot tapanda at tapmaz.

  6. Kasıb çıxarın bilsə, gündəliyə mahud geyinər.

  7. Kasıb çıraq yandırar, dövlətlinin pulun sayar.

  8. Kasıb geyinəndə “hardandır?” deyərlər, varlı geyinəndə “mübarəkdir” deyərlər.

  9. Kasıb öləndə molla xəstə olar.

10. Kasıbın danası dövlətlinin tayasına baxar.

11. Keçəlimə baxma, baxtıma bax!

12. Keçəlin keçəlliliyi ilə nəşin var, işinin keçərliliyində ol.

13. Keçəlin tükdən acığı gələr.

14. Keçinin əcəli çatanda çobanın dəyənəyinə sürtüşər.

15. Kəndə molla gəlib, hər kim ölür ölsün.

16. Kəndi şortusuyla tanı, qamçını şoldusuyla.

17. Kiçikdən xəta, böyükdən əta.

18. Kim eşşək olar, biz ona palan olarıq.

19. Kimsə kimsənin nəsibin yeməz.

20. Kişi kişidən qorxmaz, amma utanar.

21. Kişi seldir, arvad göl.

22. Kişini tez qocaldar axşamdan tez yatan arvad.

23. Kişinin hörməti öz əlindədir.

24. Kişinin üzünə baxma, sözünə bax.

25. Kor atı minən şahlıq iddiası elər.

26. Kor ilə çörək yeyəndə Allahı arada gör.

27. Kor kora kor deməsə bağrı çatlar.

28. Kor leyləyin yuvasın Allah öz əliylə yapar.

29. Korlar ölkəsində çaşlar padşah olar.

30. Koroğlu deyibdi: basılanı kəsmə!

31. Kosa getmişdi saqqal gətirməyə, bığını da üstəlik qoydu.

32. Köçəköçdə malını saxla, qaçaqaçda başını.

33. Köhnə bazara təzə nırx qoyma.

34. Köksüz ağac tez yıxılar.

35. Kölgədə olanın kölgəsi olmaz.

36. Könülsüz hürən köpək sürüyə qurd gətirər.

37. Köpək elə köpəkdir, xaltası qızıldan olsa da.

38. Köpəyin ağzını kiçiklikdə yandır.

39. Körpünü keçincə ayıya dayı de.

40. Kürəyə düşməyən dəmir yumşalmaz.

 

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry