1. Hər bir xalqın özünə görə dad zövqü vardır. Məsələn, britaniyalılar səhər yeməyinə yulaf yarması, yumurta və tünd təzə dəmlənmiş çay qəbul edirlər. Amerikalılar səhərlər portağal çirəsi içir, ləpə və qurudulmuş meyvələr yeyir və fındıq yağı ilə düzəldilmiş yaxma yeyirlər. Fransızların ənənəvi səhər yeməyi isə kruassan və südlü kofedən ibarətdir.

    2. Hesab olunur ki, ən sağlam səhər qidası – britaniyalılarda, ən cəld – amerikanlarda, ən dadlı isə fransızlarda olur.

    3. Qidalanma institutunun mütəxəssisləri hesab edirlər ki, mükəmməl səhər yeməyi dənli bitkilərdən, təzə meyvələrdən və süd məhsullarından ibarət olmalıdır.

    4. Çoxsaylı araşdırmalar nəticəsində amerikalı alimlər belə bir nəticəyə gəlmişdilər: səhər yeməyini qəbul edən yeniyetmə və uşaqların məktəbdə əqli göstəriciləri daha yüksək olur. Bu, ilk növbədə onunla izah olunur ki, ac olan uşağın diqqəti yayınıq olur və o, daha çox aclığı haqqqında fikirləşir.

    5. Ən bahalı səhər yeməyi süfrəsi 2003-cü ildə İsveçrədə verilib. Bu “tədbir” dünyanın ən yüksək yerləşən restoranında – dağların əhatəsində və məşhur buzlağın mərkəsində baş vermişdir. Millionerlər kampaniyası 600.000 avroluq səhər yeməyi qəbul ediblər.

    6. Statistikaya əsasən səhər yeməyinin qəbulundan qaçan sürücülər çax vaxtı qəzalara səbəb olurlar.

    7. Dietoloqlar səhəri bir stəkan su, yeni sıxılmış şirə və ya yaşıl çaydan başlamağı tövsiyyə edir. Maye orqanizmə oyanmağa kömək edir və həzm sisteminin işə düşməsinə səbəb olur.

    8. Roma papasının pizzaya olan sevgisi o qədər böyükdür ki, o, hətta səhər yeməyində də pizza qəbul edir.

    9. Səhərlər portağal çirəsi içmək ənənəsi bütün Avropa ölkələri və Amerikada mövcuddur. Bunun əsaslı səbəbi var: portağal şirəsi günlük C vitamininə olan normanı ödəyir.

  10. Səhər südlə qarışdırılmış ləpə və quru meyvə yesəniz, günortaya kimi aclıq hissi duymayacaqsınız və bu yemək günlük enerji ehtiyatlarınızı bərpa etməyə kömək edəcək.

  11. Dünyada ən kütləvi səhər yeməyi 1998-ci ildə Dubayda baş vermişdir. Bu səhər yeməyində 13.797 insan iştirak etmişdir.

  12. Alman əhalisinin ¼-i (25%) səhər yeməyi qəbul etmir.

  13. Bəzi insanlar arıqlamaq üçün səhər yeməyinin qəbulundan imtina edir. Bununla həmin insanlar orqanizmdə gedən piylənmə prosesinin aktivləşməsinə yardım etmiş olurlar.

  14. Dietoloqlar hesab edir ki, insanların əhval-ruhiyyəsi, yaddaşı, düşünmə qabiliyyəti birbaşa olaraq qəbul etdiyi qidalardan asılı olur. Məsələn, səhərlər şirniyyat yemək insana enerji vermir, bədənin aktivliyini aşağı salır.

  15. Kolbasa, sosiska, yumurta kimi qidalar uzun müddətə həzm olunduğu üçün, beyindən yüksək qan axınına səbəb olur. Bu isə, öz növbəsində düşünmə qabiliyyətinə mənfi təsir göstərir, çünki insan ağır yeməklərin qəbulundan sonra yuxulayır, yatmaq istəyir.

  16. Səhər yeməyi nə qədər zəngin olarsa, insan gün ərzində bir o qədər də az aclıq hissi keçirər.