Şərab tarixi çox qədimdir. Keçmiş yunan-roma mədəniyyətindən etibarən çaxır haqqda bəzi yazılar görə bilərik. Qədim Misirdə müalicədə istifadə olunub, ancaq filosoflar, tarixçilər, rəssamlar onun xüsusi gücə malik olduğunu düşünürdülər. Onlar inanırdılar ki, çaxır insanların ruhunu və bədənini təmizləyir, onlara sülh gətirir! Yunan tarixçilərindən biri qeyd edib ki, Aralıq dənizi insanları zeytunçuluğu və üzümçülüyü öyrəndikdən sonra barbarlıqdan uzaqlaşmırdırlar.

Roma imperiyasında üzümçülük daha da inkişaf etdi və müxtəlif növ üzüm növləri kəşf edildi. Beləliklə də, elə o vaxtdan etibarən münbit torpaqlarda şərabçılıq önəmli məşğuliyyətə çevrildi.

17-18-ci əsrlər şərabın qızıl əsri oldu. Yeni növ şərablar, yeməkləri dadlandırdı. İnsanların gündəlik həyatlarına əlavə olunmağa başladı. Qədimdən etibarən sağlamlıq məqsədi ilə də istifadə olunurdu şərabdan, daha sonra da insanların pəhrizlərinə əlavə olundu.

Azərbaycan şərabı da məşhurdur və müxtəlif üzüm növləri burada da becərilir. Nar çaxırı? Məncə, bunu hamı dadmalıdır- turş dadı ilə xüsusi dad yaradır…

Şərab xeyirdir ya zərər?

Şərab ürək damar xəstəlikləri üçün xeyirlidir. Gündə 1 qədəh şərab içmək günlük stresi azaldır.

Amma alkoqol dəriyə ziyandır. Ona görə də mütləqdir ki, şərabla su içəsiniz. Bundan da əlavə kilo vermək istəyənlər alkoqoldan uzaq durmalıdırlar.

Ümumi olaraq, şərab artıq bizim insanların da vərdişinə çevrilir, ancaq hər zaman hər şeyi qədərində etmək daha gözəldir. Nə deyib Nizami?

“Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”

Cheers!