Komplekslər … Naməlum yerdən və səbəblərdən yaranır və sahibinin həyatını korlayır. Komplekslər insanı sarsıdır, depressiyaya sürükləyir, özünü qəbul etməyə imkan vermir. Kompleksləri olan insan özünü qəbul etmir və sevmir. Bu isə onun cəmiyyətdə yer tutmasına, məqsədlərinə çatmasına və xoşbəxtliyinə mane olur. Xoşbəxtliyinizə mane olan bu baryerdən azad olmaq üçün sizə məsləhətlərimiz:

1. Kompleksin yaranma səbəbini tapmaq.

Əksər hallarda komplekslərin yaranma səbəbləri insanın onun əhatə edən cəmiyyətin fikrindən və münasibətindən aşırı asılılığıdır. Kompleksli şəxs üçün insanların onu bəyənib-bəyənməyəcəyi olduqca vacib sualdır. Kompleksli şəxs daim çalışır ətrafdakıların zövqünə, tələbinə, istəyinə, münasibətinə, fikrinə uyğun olsun. Bu isə qeyri-mümkündür. Başqalarına uyğun gəlmək üçün özünü dəyişdirməyə, daha doğrusu aşılamağa başlayırsınız. Təşəbbüsünüz isə aşağı özgüvən, daim ətrafdakılara şübhə ilə yanaşma və özünə inamsızlıq ilə müşayiət olunur.


2. Hadisələri adekvat qiymətləndirin.

Necə düşünürsünüz fikrinizcə dünyada elə bir insan varmı ki, onun həyatında hər şey ideal olsun: xarici görünüş, karyera, ailə vəziyyəti, dostlar? Çətin ki elə bir bəxtəvər tapılsın. Hər kəsin çtşmazlıqları mövcuddur – uyğun olaraq insanlar bu çatışmazlıqları komplekslərə çevirməyə meyilli olur. Bəzi isanlar ümumiyyətlə çatışmazlıqlara əhəmiyyət vermir, digərləri isə bunu faciəyə çevirir. İkinci tip insanlar özləri hiss etmədən ətrafdakıların diqqətini özünün çatışmazlıqlarına yönəldir. Buna görə öz çatışmazlıqlarınızı qəbul edin və anlamağa çalışın ki, çatışmazlıqlar bütün isanlarda var.

3. Qorxudan azad olun.

Kompleksləri dəf etmək yolunda ilk addım “ictimai rəy” qorxusundan azad olmaqdır. Düşünürsünüz ki, ətrafdakılar haqlıdır və onların rəyinin həyatınıza təsiri var? Bəli, ictimai rəyin həyatınıza təsiri olur, lakin bu təsir əksər hallarda mənfi olur! Səhv etməkdən qorxmayın, risk etməkdən qorxmayın, istək və arzularınızdan utanmayın!

4. Aktiv hərəkətə keçin!

Düşüncənizi qarışdıran və psixologiyanızı pozan fikirlərdən azad olmaq üçün faydalı məşğuliyyət tapın. Bununla həm fikriniz yayınar, həm də şəxsi keyfiyyətlərinizi artırmış olarsınız. Hansı ki, həmin keyfiyyətlər sizin özgüvəninizə müsbət təsir edəcək.