Sacsayhuaman, Perunun Cusco şəhəri yaxınlığında İnk qalası xarabalıqlarıdır. Şəhər mərkəzinin təxminən 3 km xaricindədir. Bu qala ilə əlaqədar ən məşhur nəzəriyyə, qalanın şəhərə ən təhlükəli girişi qorumasıdır. Həqiqətən də, ispanların istilasında yüzlərlə döyüşçü özünü bu divarlarda təhkim etmişdir. İspanların bu zəbti boyunca və zəlzələlərlə, qala qismən məhv olmuş və beləliklə bu günə üçdə biri qalmışdır. Sacsayhuaman, düşmənə qarşı yalnız qüvvətli bir müdafiə göstərməmiş, eyni zamanda İnklərin güc və enerjilərini də sübut etmişdir. Çox sayda, xüsusi təşkil edilmiş müqəddəs olma ehtimalı olan yerlərin varlığı, müdafiə məqsədinə qarşı arqument olaraq durur. Bunlar nümunə olaraq, quruluşun ana xəttləri, diametri təxminən 100 metr olan dairə şəklində arenalarda, tək başına dayanan qaya bloklardan ibarət olan geniş nərdivanlardır.