Gündəlik həyata mənfi təsir göstərən problemlərdən biri də ürək xəstəliyidir. ABŞ-da hər 3 insandan biri ürək xəstəliyindən əziyyət çəkir. Halbuki bəzi pis vərdişlərimizə son qoymaqla bu problemdən qoruna bilərik.

*Televizor izləmək. Müntəzəm olaraq idmanla məşğul olsanız belə, saatlarla televizor qarşısında hərəkətsiz əyləşmək infarkt və iflic riskini artırır. Hərəkətsizlik qanda yağ və şəkər səviyyəsinə mənfi təsir göstərir. Hərəkətdə olmağa çalışın.

*Telefonla oturaraq deyil, ayaqüstə danışmağa üstünlük verin.

*Depresiyyaya laqeyd yanaşmaq. Stressli, depressiv, aqressivsinizsə, bunun ürəyinizə göstərəcəyi mənfi təsirlərdən xəbəriniz olmalıdır. Hər şeyi ürəyinizə salmaq çox zərərlidir. Mütəxəssislər problemlərinizi yaxınlarınızla bölüşməyin ürəyə faydalı olacağını bildirir.

*Xoruldamaq. Xoruldamaq yuxu pozğunluğunun kiçik bir əlamətidir. Yatarkən nəfəsinizin kəsilməsi, qan təzyiqinin yüksəlməsi, ürəyinizin yuxuda daha çox işləməsi anlamına gəlir. Daha çox kök və piylənmədən əziyyət çəkən insanlarda rastlansa da, arıq insanlarda da yaşanan bu problemə boş yanaşmaq olmaz. Əgər gecə yatarkən xoruldayır və yorğun oyanırsızsa, həkimə gedin.

*Diş təmizliyinə boş yanaşmaq. Əgər diş ətlərini təmizləməyə laqeyd yanaşsanız, zaman getdikcə dişlərinizin arasında bakteriya toplanacaq. Bu bakteriyalar bədəndəki iltihabları oyadar. Oyanan iltihablar da damarların funksiyasının geriləməsinə səbəb olar.

*Yalnız yaşamaq. Əlbətdə, hər kəsin yalnız yaşamalı olduğu bir dövr olur. Ancaq başqaları ilə əlaqədə olmaq sağlam yaşamaq üçün vacibdir. Araşdırmalar ailəsi və dost tanışları ilə möhkəm, sevgi dolu münasibəti olan insanların ürəklərinin daha dözümlü olduğunu göstərir.

*Bədənə çox ağırlıq yükləmək. Sağlamlıq üçün idman vacibdir, ancaq ürəyi də düşünmək lazımdır. Mütəxəssislər çox sərt idman edərək, bədəni çox yormaq və sonradan idmanı atmağın ürəyə zərərli olduğunu bildirirlər. Buna görə həmişə az-az, yüngül idmanla məşğul olun.

*Həddən çox spirtli içki qəbul etmək yüksək təzyiqə yol açmaqla yanaşı, qandakı yağ səviyyəsini artıraraq, ürəyin dayanmasına səbəb olar. İçkidə olan kalori çəki artımına yol açaraq, ürəyə zərər verir.

*Çox yemək piylənməyə səbəb olur. Buna görə az yeyin. Şəkərli içkilər yerinə su için. Çörək və makaron kimi yüksək kalorili qidaları azaldın. Ürək problemi dünyada ən çox can alan xəstəlikdir. Buna görə insanın risk altında olmadığını düşünməsi riski özlüyündə artıran amildir. Yüksək təzyiq, xolesterol, şəkər, çəki hər zaman nəzarətdə olmalıdır. Siqaretdən mütləq uzaq durun. Qırmızı ət donmuş yağla zəngin olduğu üçün ürəyə zərərli qidalar arasındadır. Az-az kiçik tikələrlə yeyin. Damarları tıxayan siqaret ürək üçün çox zərərli bir vərdişdir. Ətrafınızdakı insanları da düşünməniz vacibdir. İldə 46 min insan passiv siqaret istifadəçisi kimi həyatını itirir. Yüksək təzyiq dərmanlarını vaxtı vaxtında atın. Özünüzü yaxşı hiss etməniz, dərmanları atmamalısınız demək deyil.
 
*Keyfiyyətsiz qidaları azaldıb, yerinə ürək dostu olan meyvə və tərəvəz yeyin. Gündə 5 dəfə meyvə-tərəvəz yeyənlərdə infarkt riski 20 daha az olur. Pilləkənləri çıxarkən təngənəfəs olub, döş qəfəsində ağrı hiss edirsinizsə, həkimə gedin. Ağrılara erkən diaqnoz qoyulması ürək xəstəliyindən qorunmanıza kömək edəcək.

*Nə qədər çox duz yesəniz, təzyiqiniz bir o qədər yüksək olacaq. Çox duz yemək böyrək və ürək xəstəliyinə yol açır. Normada 2300 milliqram duz qəbul etmək nəzərdə tutulub. Ancaq yaşınız 50-dən yuxarıdırsa, gündəlik duz ehtiyatınızı 1500 milliqrama qədər azaldın. Yüksək şəkər, yağ, kalorili qidalar yerinə, qida dəyəri yüksək olan, lobya, meyvə, tərəvəz, yumurta, toyuq və balıq əti yeyin.