Bəlkə axmaqlıqdan, bəlkə də şıltaqlıqdan Azərbaycanda bu zarafatı edirlər, lakin unutmaq lazım deyil ki, fəsadları ağır olur.

Beləliklə “əyləncə”nin “hədiyyə”si Cinayət Məcəlləsinin 216-cı Maddəsidir: 

Maddə 216 . Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə.
İnsanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə

— 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

Bu arada bomba bomba dedik, Türkiyədəki epizod yada düşdü 🙂 Bunu da bonus olaraq təqdim edirik