“Fransada hər kəsin karikaturasını çəkə bilərik. Fransada din bir düşüncə olaraq qəbul edilir. Biz Papadan Fransa Milli məclisinə kimi hər kəsi tənqid edirik. Buna görə Karl Marksın karikaturasını çəkə biləcəyim kimi Hz. Məhəmməd’inkini də edə bilərəm”.

Bu sözləri 2011 və 2012-ci ildə Hz. Məhəmməd (ə.s) ın karikaturasını çəkən və nəticəsində Charlie Hebdo jurnal binasının yandırıldığı zaman həmin jurnalın redaktoru Stéphane Charbonnier demişdi.

Charlie hebdo jurnalı heç bir dəyəri nəzərə almadan nəşr olunduğu ilk gündən bəri xristianlıq, yəhudilik, papalıq haqqında lağ edici karikaturalar yayımlayır. Bütün bunları nəzərə alsaq meydana belə bir sual çıxır, Bəs görəsən bu hadisə təxribatdır yoxsa sui-qəsd?

Məqsəd dini liderlərə lağ edən bir jurnal işçilərini öldürməkdi yoxsa eynilə Amerikada 11 sentyabr hadisələrində olduğu kimi Fransanın gələcək planlarına dəstək olmaq üçün insanları vahiməyə salmaqdır? Əgər birinci suala cavab axtarırıqsa onda gərək işin polislə əlaqəli olan tərəfi ilə maraqlanaq. Yox əgər ikinci suala cavab tapmaq istəyiriksə məsələyə daha geniş çərçivədən baxmalıyıq. Məni ikinci sual daha çox maraqlandırır. Buna görə ilk növbədə iki üzlü siyasətləri və siyasətçiləri meydana çıxarmalıyıq. Götürək 12 karikaturistin ölümündən sonra təşkil olunan və dünya “liderlərinin” qatıldığı medyaya azadlıq mitinqini.

Mitinqdə kimlər iştirak edirdi- 2014-cü il yay aylarında 2000-ə yaxın Fələstinlini öldürən Benyamin Netanyahu, Malidə 2003-cü ildə Fransa ordusu ilə birlikdə müsəlmanları qətlə yetirən İbrahim Keita, Fransanın Nigeryadakı kukla dövlət prezidenti Mahamadou Issoufou, Wikileaks sənədlərini yayımlayaraq Alman Merkelin və İngilis Cameronun saxtakarlıqlarını meydana çıxaran Julian Assange ne etdiklərini xatırlayın, Medya azadlığından danışan Amerikanın Bağdadda öldürdüyü Reuters müxbirlərini, Əl-Cəzirə ofisinə atılan roketi, 2014-cü ildə 138 jurnalistin öldüyünü, Suriyada ölən 19 müxbiri xatırlayın və unutmayın. Bu iki üzlü siyasətçilər Medya azadlığı istəyir.

İkinci məsələ isə ondan ibarətdir ki, söz azadlığı, vicdan azadlığı, ləyaqət azadlığı və inanc azadlığı deyə səs salan avropa ölkələri müxtəlif inancları, fikirləri və dəyərləri qəbul etmək istəmir, deyir ya mənə bənzəyəcəksən ya da mən səni məhv edəcəm. Hər müxtəlifliyi öz fikrinə uyğunlaşdırmaq istəyir və bunu da ya yumşaq güclə ya da hərbi güclə yerinə yetirmək istəyir. Çünki, müsəlman deyir mənim dəyərlərim var və buna heç kəs lağ edə bilməz, o biri tərəfdən özünü azadlıqlar ölkəsi adlandıran Fransa deyir mən istədiyimə lağ edə bilərəm, istədiyimi söyə bilərəm, istədiyimi tərifləyərəm. Yaxşı, tolerans, dəyərlərə hörmət, inanc, söz, vicdan azadlığı bunun harasındadır. Azadlıq dedikləri möfhum adı altında bunlar bizə sırımağa çalışırlar. Hər hansı bir inancın dəyərlərini təhqir etmək nə vaxtdan azadlıq olub, əgər elədirsə niyə müsəlman bir insan fikir bildirəndə terorist olur, bu azadlıqlar niyə müsəlmanlar üçün işləmir?

Meydanda bir sehrbazlıq tamaşası var, təşkil edəndə oynayan da eynidir, amma tamaşaçı nə tamaşanın nə də sehrin fərqindədir.  

 

Haşiyə, Fransa yaxın zamanda Patriot Qanununu ( 11 sentyabrdan sonra Amerikada olduğu kimi) qəbul edib. Fransa xalqına və bütün insanlara xeyirli olsun!