Səsli kitab nədir?
Bir kitabın uyğun səs tonunda oxunaraq qeydə alınması ilə əmələ gələn kitablara səsli kitab deyilir. Dövrümüzdə sadəcə görmə məhdudiyyətli insanlar deyil, həm də görə bilən insanlar da səsli kitablar dinləyirlər. Xüsusilə, son zamanlarda səsli kitab sənayesi dünyada getdikcə böyüməyə başlayıb. Ənənəvi kitablar qədər faydalı olmasa da, səsli kitabların da müəyyən faydaları var.

Səsli kitabın faydaları
Şübhəsiz ki, ən böyük faydası hər yerdə dinləyə bilməkdir. İdman edərkən, maşın sürərkən bizə maraqlı gələn kitabları saatlar içində bitirə bilirik. Maşın sürərkən normal kitab oxumaq təhlükəli olardı, elə deyil?

Yolda yeriyərkən də normal kitab oxumaq elə də mümkün deyil. Belə anlarda bizə maraqlı gələn kitabların səsli versiyalarını tapıb dinləmək daha məqsədə uyğun olur.

İnsanların səsli kitablara maraq göstərməsi, görmə əngəllilər üçün də fürsət yaradır. Bu sahədə kitab səsləndirən də artır. Səsli kitabların digər bir xüsusiyyəti isə yanımızda yük daşımalı olmuruq. Telefonunuza istədiyiniz sayda səsli kitab yükləyib dinləyə bilərkən, yanınızda sadəcə 1-2 kitab götürə bilərsiniz. Yolda gedərkən kitab dinləmək hardan baxsaz çox faydalıdır.

Səsli kitabın zərərləri
Əslində zərərləri demək olmaz, amma normal kitabın yerini tutmur demək daha doğru olar. Yoxsa kitab oxumağın və dinləməyin nə zərəri ola bilər ki? Sadəcə normal kitablarla, səsli kitabları bərabər tuta bilmərik. Səsli kitablar, baş ucumuzda dayanan kitab və ya elektron kitabların bir alternativi deyil, sadəcə oxumağa kömək edən dinləmə şəklidir. Kitab oxuya bilmədiyimiz zamanlarda köməyə çatan bir vasitədir.

Səsli kitablar normal kitablar qədər yadda qalmır, oxuma sürətimizi inkişaf elətdirmir. Heç bir zərərli qismi olmasa da, normal kitabların yerini tuta bilmir. (Bu yazılanlar görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulmayıb, normal oxuyucular üçündür).