4-8 yaş arası uşaqlara “Sevgi nədir?” sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb.

Rebeka (6 yaş) — Mənim nənəm artritdən əziyyət çəkəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına boya çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə öz əllərilə etməkdən usanmırdı. Bu, sevgidir.

Billi (4 yaş) — Əgər kimsə səni sevirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.

Krissi (6 yaş) — Sevgi — bir yerə yeməyə getdiyində qarşılığında heç nə istəmədən qızarmış kartoflarının yarısını həmin adama verməkdir.

Terri (4 yaş) — Sevgi – yorulanda belə səni gülməyə məcbur edən yeganə şeydir.

Denni (7 yaş) — Sevgi — anamın atama qəhvə hazırlayanda ona vermədən əvvəl dadlı olub-olmadığına əmin olmaq üçün bir qurtum içməsidir.

Emili (8 yaş) — Sevgi o zaman yaşanır ki, həmişə bir-birinizi öpəsiniz. Bundan yorulanda isə bütün günü bir yerdə olmaq və söhbət etmək istəyirsiniz. Mənim atam və anamda da belədir. Onlar bir-birini öpəndə bir insan olurlar.

Noel (7 yaş) — Sevgi – bəyəndiyin oğlana “bu köynəyini xoşlayıram” dediyin üçün bütün günü həmin köynəyi geyinməsidir.

Kris (7 yaş) — Sevgi — anamın atama üst-başı çirkli olsa belə, Robert Redford kimi yaraşıqlı olduğunu deməsidir.

Meri Enn (4 yaş) — Sevgi – itini bütün günü evdə yalnız buraxsan da yenə də gəlib qarşında oturmasıdır.

Cesika (8 yaş) — Əgər sən sevmirsənsə, heç bir halda “səni sevirəm” deməməlisən. Yox əgər sevirsənsə, sevdiyini həmişə deməlisən. İnsanlar isə unudurlar.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry