Sevgi günündə sevgilisiz olmaq daha yaxşıdırmı? Biz düşünürük ki, bəli! Cütlüklərin qeyd etdiyi 14 fevralı tək keçirmək sizi məyus etməsin. Məqaləmiz təsəlli deyil! 😀

  1. Siz pula qənaət etmiş olacaqsınız. Hədiyyə almaq üçün pul yığmağa, öz xərclərinizdən ayırmağa ehtiyac yoxdur.

  2. Kimdənsə hədiyyə gözləntiniz yoxdur, bu mövzuda çox rahatsınız. Gözləntilər olmadıqda insan özünü daha xoşbəxt hiss edir.

  3. Mağazalarda, restoranlarda olan “Sevgililər Günü” kampaniyalarından sizin əldə edəcəkləriniz daha çoxdur. 1+1 kampaniyaları zamanı aldığınız hər iki məhsul sizindir, bundan yaxşı nə ola bilər ki?

  4. Ətrafınızdakı sevgililərə açıq şəkildə diss ata bilərsiniz. Siz təksiniz, sizə eyni münasibəti göstərmək üçün səbəbləri yoxdur. (Təbii ki, söhbət zarafatlardan gedir.)

  5. Kimsə sizi günahkar çıxara bilməz. Sevgililər günündə qarşı tərəfin də gözləntiləri çox olur, bu əlavə stress yaradır insanda. Bu hissdən də azadsınız!

  6. Digər bayramlara nisbətən “Sevgililər Günü”ndə cütlüklərin mübahisə etməsi və ayrılmasına daha çox rast gəlinir. Tək qalmaqla bu böhrandan özünüzü qorumuş olursunuz.

  7. Yuxarıda qeyd edilənləri unudub, sevgiyə qapılma ehtimalınız da var. Sevgililər günündə havada eşq qoxusunu duyub, yeni münasibətə başlaya bilərsiniz.
Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂