Münasibətinizin getdikcə əvvəlki kimi olmadığnı hiss edirsinizsə və sevginizin ömürlük olmasını arzulayırsınızsa, bu məqalə sizin üçündür.

Aşırı qısqanclıq sevgini qısa müddətdə öldürən ən böyük xətalardan biridir. Hər şey kimi qısqanclığın da həddi var. “Çox sevdiyim üçün, çox qısqanıram” – sözlərini kənara qoyun, elə olmadığını biz də bilirik.

Sevdiyiniz insanı dəyişdirməyə çalışmayın və onu istəmədiyi şeyləri etməyə məcbur etməyin. Bu cəhdlər qarşı tərəfi münasibətdən bezdirəcək əlbəttə.

Sevgilinizin səhvlərini deyərkən onu günahlandırmayın, bunu kobud şəkildə etməyin. Hər hansı hərəkətini tənqid etdikdə bunu onun yaxşılığı üçün etdiyinizi xatırladın.

Onu çox sorğu-sual etməyin, özünün sizinlə danışmasını gözləyin. Qarşı tərəfin üzərinə çox getsəniz bu situasiya onu sizdən uzaqlaşdıra bilər.

Sevgini bəsləyən əlaqələrdir. Əlaqələri əskik etməyin, amma bu o demək deyil ki, hər dəqiqə onunla zəngləşməlisiniz.

Onun zövqünə və bəyəndiklərinə hörmət edin. Sevdiyiniz insan üçün özəl olanlar sizin üçün də özəl olsun. Münasibətin dostluq tərəfini unutmayın.

Hər ikinizin zövq aldığı hobbiləri tapın və hər həftənin müəyyən günlərini onlara ayırın. Birlikdə keçirilən xoş günlər həm də gələcək üçün ən gözəl xatirələrdir.

Sevginin sehrli həyəcanını davamlı edən sürprizlərdir. Onun zövqünə uyğun sürprizlər hazırlayın.

Yuxarıda qeyd edilənlərdən daha əhəmiyyətlisi, daima dürüst olun. Güvənin və inamın olmadığı münasibətdə sevgi yaşaya bilməz. Uzunömürlü sevginin əsas sirri budur.

Hər zaman sevib-sevilməyiniz diləyi ilə! 🙂

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Sevginin ömrünü necə uzatmaq olar?" A few seconds ago