Şiddətə məruz qalmaq qorxunc bir şeydir, amma daha da qorxuncu bu anınızı sizə hər daim xatırladacaq bir yara izini sonsuza qədər daşımaqdır. Braziliyalı Flavia Karvalyo bu mövzuda ölkəsinin qadınlarının köməyinə çatır. Flavia bir döymə studiyasının sahibidir. Şiddət qurbanlarının yara izlərini bağlayacaq şəkildə döymələr edir və bunun üçün heç bir maddi qarşılıq istəmir … Bu layihəsinə isə “A Pele da Flor”, yəni “Çiçəyin Dərisi” adını vermişdir. Layihəsinə medianın da marağı böyük olmuşdur. Hətta bir reportajında belə deyir:


“Bu layihəyə çox qısa müddət öncə kortəbii şəkildə başlamışam və medianın marağını bu qədər çəkəcəyimi heç düşünməmişdim. Verdiyim xidmət tamamilə pulsuzdur, qadınların tək xərci edəcəyim döymə üçün dizayn seçərkən xərclədikləri zamandır!”


Flavia Karvalyo ilə tanış olaq və nələr dediyinə diqqət edək:



“Hər şey iki il əvvəl bir müştərinin qarınındakı geniş bir yara izini bağlamaq üçün mənə döymə etdirmək istəməsiylə başladı”



“Bir gecə klubundaykən onunla tanış olmaq istəyən bir adamı rədd etmiş və həmin şəxsdə onu bıçaqlamışdı”



“Döyməni tamamlayanda çox xoşbəxt oldu. Bu mənə çox təsir etdi”



“Mənə ən çox təsir edən hekayələrdən biri də budur: 17 yaşındakı bir qız özündən yaşca böyük bir şəxslə bərabər imiş. Həmin şəxs isə ona aylarla şiddət tətbiq etmişdir.”



“Qız ayrılmaq istədiyində isə həmin şəxs onu dəfələrlə bıçaqlamış və təcavüz etmişdir.”



Bu döymə isə bir güllə yarasını bağlamışdır.