Şimali Koreyakı Kim Çe In totalitar rejiminə müxtəlif cəhətdən yanaşmaq olar, ancaq heçkim mübahisə edə bilməz ki, eyni rejimin SSSR ərazisində çökməsindən 20 il ötməsinə baxmayaraq bəzi insanlar “o vaxtı daha yaxşı idi” fikrinə üstünlük verirlər.


1. Millətin izolyasiyası

Koreya yarımadası uzun zamandır dünya hakimiyyətlərinin döyüş səhnəsinə çevrilmişdir. İkinci Dünya müharibəsinə kimi ölkəni Yaponiya idarə edirdi, yapon ordusunun kapitulyasiyasından sonra ABŞ və SSSR ölkəni 28-ci paraleldən ortaya böldülər: cənub – ABŞ, şimal isə SSSR nəzarəti altına keçdi.

Bu bölgü Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə ölkənin birləşdirilməsi barədə razılıq əldə edə bilməməsindən sonra daimi oldu. Şimali Koreyanın ilk prezidenti Kim İr Sen “öz gücünə dayanmaq” siyasətini elan etdi və beləliklə millətin digər dünya ilə olan diplomatik və iqtisadi əlaqələrini kəsdi.

Şimali Koreyanın milli ideyası xalqın ancaq özünə arxalanmasından ibarətdir. Kim İr Senin sözlərinə görə ancaq belə siyasət  Şimali Koreyaya öz siyasi və iqtisadi müstəqilliyini və  möhkəm balistik mərmidən müdafiəsini təmin edə bilər. Bu isə ölkənin tamamilə digər dünyadan qapanmasına gətirib çıxarmışdır.


2. Liderin kultu

Şimali Koreyanın hakim sülaləsi özünü fövqəltəbii varlıqlar rütbəsinə yüksəltmişdir. Ölkənin əsasını qoyan Kim İr Sen “Koreyanın Günəşi” kimi tanınır. Oğlu Kim Çen İrin doğum günündən savayı, Kim İr Senın də doğum günü milli bayram kimi qeyd olunur. Kim İr Senin vəfatından sonra cəsədi mumyalanmış,və indiyədək Pxenyandakı məqbərədə saxlanılır.

Oğlu Kim Çen İrin “İlahi mənşədən” olması dahada maraq doğurur. Onun dünyaya gəlişi təbliğatçı insanların səyi nəticəsində “göylərdən ismarıc” kimi yayılmış,  kütləvi informasiya vasitələri isə onun “qəhrəmanlıqlarını” yüksəltmişlər: ilk dəfə boulinq oynayanda straykları 300 dəfə dalbadal yıxmışdır, və ya ilk dəfə qolf oynayarkən top  5 dəfə dəliyə düşmüşdür. Güya ki 2011-ci ildə onun vəfatı günü  Pektu dağının üzəri bütün gün ərzində qan-qırmızı olmuşdur.

Kim Çen İrin oğlu Kim Çen In haqqındanda birçox məzəli məqamlara toxunmaq olar. Şimali Koreyanın kütləvi informasiya vasitələri öz liderlərini “doğulmuş səma” adlandırırlar. 2012-ci ilin dekabrında Koreyanın dövlət KİV-ləri yuva tapdıqlarını və güya ki,bu yuva Koreyanın banisi və himayədarı hesab olunan mifik unicorn Tonmyona aid oldğunu elan etmişdirlər. Koreya xalqının unicorna inanmaması barədə heçbir işarə yoxdur və bu Kim Çen Inın hakimiyyətini gücləndirmək və “ilahiliyini” təsdiqləmək üçün bir vasitə olmuşdur.


3. Milli həbsxana

Ancaq Şimali Koreya diktatorları haqqında olan bütün bu məzəli miflər narahat edici həqiqəti gizlədir: 154 000 vətəndaş konslagerlərdə yaşayır. Bu rəqəm Cənubi Koreya hakimiyyətinin ilkin qiymətləndirilməsi nəticəsində alınmışdır, digər beynəlxalq təşkilatlar bu rəqəmin 200 000-nə yaxın olduğunu iddia edir.

 

Şimali Koreyanın ərazisində elektrikləşdirilmiş tikanlı məftil ilə əhatə olunmuş 6 düşərgə mövcuddur. İki düşərgə mümkün “reabilitasiya” və sonradan azad olunmağı nəzərə alır. Qalan həbsxanalar isə ömürlük həbsi nəzərdə tutur.

Bizə daha əvvəl həbsdə olmuş və qaçmağı bacarmış Sin In Gyenun hekayəsi məlumdur. Sin düşərgədə anadan olmuşdur, çünki atası, böyük qardaşı 10il bundan əvvəl Cənubi Koreyaya qaçdığına görə, həbs olunmuşdur. Belə düşərgələrdə normal həyat işgəncələr, aclıq, qul əməyi və ictimai edamlar hesab olunur. Düşərgəni ancaq peykdən görüntüləmək mümkündür. 2011-ci ilin məlumatlarına görə dustaqların 40% aclıqdan vəfat edir.


4. Koreyada gündəlik həyat

İzolyasiyanı nəzərə alsaq vətəndaşların gündəlik həyatı barədə nə isə demək çətin olar. Bu barədə ancaq Cənubi Koreyaya qaça bilənlər deyə bilər. Onların dediyinə görə Şimali Koreyada ailələr birləşmişdir, və 1990-cı illərin aclıq vaxtlarında valideynlər, nənələr və babalar birinci ölərək, övladları üçün yeməyə qənaət edirdilər.

Bununla yanaşı ölkədə təbliğat çox güclüdür, demək olarki addım başı plakat və posterlərdir. Hələki bunun nə dərəcədə insanlara təsir etdiyi aydın deyil və əhalinin neçə faizinin bunlara inandığını demək çətindir.

 

5. Ağır adaptasiya

Belə vəziyyətdə insanlar bu həyatı yaşamaq üçün əllərindən gələni etmək məcburiyyətində qalırlar. Bir çox vətəndaş – paranoikdir. Bu, adi bir sözə görə həbs düşə biləcəyiniz ölkədə tələb olunan bacarıqdır. Bəzi insanlarda qidasızlıqdan idrak problemləri müşahidə olunur və demək olar ki, heçkim dünya tarixi barədə – əlbətdə təbliğatçı Koreya tarixindən başqa – heçnə bilmir.

Şimali Koreya qaçqınlarının internat-məktəbinin direktoru Qvak Çon Munun sözlərinə görə, Şimali Koreyadakı təhsil Cənubi Koreyadakı yaşam üçün lazımsızdır. Bu öz sözlərin onunla başa salır ki, insanlar həmişə ac olduqlarında oxumaq istəmirlər və belə halda heçkim dərsdə demək istəmir. Bir çox tələbələri internata düşməzdən əvvəl bir neçə il Çində gizlənmişlər.

Şimali Koreyanın balaca uşaqları kimi, onlar da ağacın gövdəsindən hazırlanan sıyıqla qidalanaraq böyüyüblər və bunu normal hesab ediblər. Son məlumatlara görə Şimali Koreyadan olan qaçqınlar arasında sui qəsdlərin sayı 2,5 dəfə Cənubi Koreya vətəndaşlarına nisbətən çoxdur.


Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Şimali Koreya haqqında 5 tükürpədici məqam" A few seconds ago