İca daşları, 1500-cü illərdən əvvələ aiddir, təxminən 15.000 ədəd, üzərində oyma olan bir daş kitabxanasıdır. Bu daşlar bir səhra şəhəri olan Perudakı İca yaxınlarındakı bir mağarada tapılmışdır. 60-cı illərdə bir cütçü bir mağarada daşlarla yığılı bir təpə tapır, buradakı daşları satmaya başlayır. Daşların ünü yayılanda cütçü nəzarətə alınır. Daşları özü hazırladığını, mağarada tapma hekayəsini turistlərə satmaq üçün uydurduğunu söyləsə də inandırıcı olmur və həbs olunur.1966-cı ildə arxeoloq Dr. Javier Cabrera mövzuyla maraqlanmağa başladı. Daşlar müxtəlif ölçülərdə idi. Bəziləri ovuc içinə sığacaq qədər kiçik, bəziləri isə çox böyük idi. Daşlardakı şəkillər kəsintisiz cızılmışdı, yəni sənətçi əlini qaldırmadan çəkmişdi. Almaniyadaki bir laboratoriya daşlardakı oyuqları araşdıraraq, cızılmanın köhnə bir zamanda olduğu nəticəsinə gəldi. Həm də daşların olduğu bölgədə milyonlarla il əvvələ aid fosil və sümük qalıqlarına rast gəlindi. Şəkillər arasında İnklər’dən qalmış kasklı insan fiqurları, ürək və beyin nəqlini göstərən qalıq da vardı. Bəzi daşlarda həyatı uzatmaq ilə əlaqədar genetik kodlar da yazılmışdı. Bəzilərində qan damarları, təbii enerjini çıxarma və hüceyrə bölünməsinin təsviri var idi. Kompüter analizləri nəticəsində geoloqlar bu xəritələrin, planetimizin 13 milyon il əvvəlini göstərdikləri nəticəsinə gəldilər. Daşların az qala üçdə biri dinozavrlarla əlaqədar idi. Hətta bəziləri görünüşcə əhlilləşdirilmiş olaraq çəkilmişdi. İca daşları haqqındakı sual işarələri indiki vaxtda da davam edir.