Texnologiyanın həyatımızı bürüdüyü bir dövrdə yaşayırıq. Ağıllı telefonlarımızı faydalı şəkildə istifadə edə bilmək üçün sizə 5 proqram tövsiyə edirik. 🙂

Shazam – Bu mobil yükləməni android, iOS və windows sistemləri dəstəkləyir. Belə ki, siz küçə ilə getdiyiniz zaman və ya alış-veriş mərkəzində gəzərkən eşidib bəyəndiyiniz musiqini proqram vasitəsi ilə tapa bilərsiniz. Proqram musiqini, müəllifini tapır sizin Shazam hesabınıza daxil edir. İstədiyiniz zaman axtardığınız musiqiləri youtube-da dinləyə bilərsiniz. Qeyd edək ki, bu ay Apple Shazam proqramını 400 milyon dollara almışdır. Proqramın daha çox inkişaf edəcəyini gözləmək olar. Proqram hal-hazırda ödənişsizdir.

Google Drive – Siz telefonunuzda yer tutan, ancaq vacib məlumatları (şəkillər, videolar, ofis proqramlarında olan fayllar) bu proqramın yaddaşında saxlaya bilərsiniz. Siz telefonunuza proqramı yükləyirsiniz, gmail hesabını daxil edib 15 GB pulsuz yaddaşdan istifadə əldə edirsiniz. Siz istədiyiniz zaman məlumatları silə, yükləyə və başqalarına göndərə bilərsiniz. Ödənişsizdir.

LinkedIn – Proqram vasitəsilə siz işgüzar əlaqələr qura bilərsiniz, biznes profili olan şəxslər üçün cv rolunu oynayacaq bir sayt və proqramdır. Əhatənizi genişləndirmək, iş mühitləri ilə tanış olmaq, vakansiyalar və s. haqqında xəbər tutmaq üçün olduqca əlverişlidir. iOS, android, windows sistemləri bu proqramı dəstəkləyir. Ödənişsizdir, ödənişli versiyası da vardır.

Duolingo – Dil öyrənmək üçün əla proqram olduğunu deyə bilərik. Duolingo sizə dil biliyinizə görə seçimlər təklif edir, istədiyiniz səviyyədən öyrənməyə başlaya bilərsiniz. Davamlı olaraq tapşırıqları tamamladıqda sizi növbəti pilləyə keçirir. Proqramda həmin dili öyrənən digər istifadəçilərlə ünsiyyət qurmağınıza şərait yaradacaq qrup aça və ya başqalarının açdığı qrupa üzv ola bilərsiniz. Proqram ödənişsizdir.

Asana – Proqram sizi iş mühitinizə daha yaxın edəcək. Biznesinizi maildən app-ə daşıyır. Siz burada tapşırıqlarınızı verə bilərsiniz, işçi heyətiniz proqram vasitəsi ilə sizə iş haqqında məlumatları rahatlıqla yaza bilərlər. Tapşırıqlar, cədvəllər və s. üçün əlverişli hesab edilir. Mobil yükləmə ödənişsizdir.

Postda qeyd olunan proqramları özüm istifadə edirəm. Sizin də istifadə etdiyiniz və başqalarına tövsiyə etdiyiniz faydalı mobil proqramlar varsa, qeyd etməyi unutmayın. 🙂

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry