Sizə nifrət edən insanları anlamağın yolları.

464

Hər kəs həyatında bir dəfə belə olsa ona nifrətlə yaxınlaşan bir insanla üz-üzə gəlmiş, ya da bu vəziyyətin tam tərsi olaraq birinə qarşı nifrət duyğuları bəsləmişdir, ancaq nifrət duyğusu başda özümüz olmaq üzrə ətrafımızdakı insanlara böyük zərərlər verə bilər.

İnsanlar xüsusilə özlərinə yönələn nifrətlə mübarizə aparmaq mövzusunda çətinlik çəkirlər və belə bir vəziyyət qarşısında çaxnaşmaya düşürlər, ancaq doğru olan nifrətə nifrətlə cavab vermək deyil, bu prosesi ən doğru şəkildə idarə etmək və sizə yönələn nifrət duyğusunu yox etməyə çalışmaqdır. Sizə nifrət edən insanlarla anlaşmağınızı asanlaşdıracaq ipuclarını paylaşırıq:



    Qarşınızdakı insanın ruhu ilə hiss etməyə çalışın.
    Əgər bir insan sizə nifrət edirsə, böyük ehtimalla ona qarşı bir səhv etmisiniz ya da onu çox incitmisiniz. Əgər vəziyyət belədirsə, onun yerinə keçərək nələri hiss etdiyini anlamağa çalışın. Amma vəziyyət belə deyilsə və sizə yönələn nifrət səbəbsizdirsə bu insanın böyük ehtimalla travmatik və çətin bir keçmişi vardır, ya da psixoloji olaraq kifayət qədər güclü deyil. Xülasəylə hər iki vəziyyətdə də empati qurmaq ən doğru hərəkət olacaqdır.


    Sizə yönələn duyğuları qəbul edin.
    Həyatın uzun və kələ-kötür bir yol olduğunu və bu yolda yaxşı – pis bir çox təcrübə yaşaya biləcəyinizi əsla unutmayın və sizə yönələn duyğuları dəyişdirə bilmirsinizsə qəbul edin. Əgər sizə yönələn nifrət səbəbsizdirsə və siz nə etsənizdə bu duyğu eynilə davam edirsə, sizdən nifrət edən insanın da qüsurları və səhvləri ilə sıravi bir insan olduğunu qəbul edin.


    Mübahisə etməkdən çəkinin.
    Müharibə, rəqabət və mübahisələr tarix boyunca heç bir dövrdə, heç bir problemin həlli olmamışdır. Sizdən nifrət edən bir insanla mübahisə etmək, ya da onunla davamlı olaraq atışma, aranızdakı alovlara tökəcəyiniz bir bidon benzindən fərqsizdir! Bu tip mənasız mübahisələrlə zamanınızı və enerjinizi itirmək yerinə, özünüzü ən sadə formada ifadə etməyə çalışmalısınız.


    Sevginin ən yaxşı cavab olduğunu əsla unutmayın.
    Unutmayın ki nifrət, mənfi bir duyğu olsa da bir insanın yaşaya biləcəyi ən dərin duyğulardan biridir. Və əlbəttə bu güclü duyğunun tam ziddi sevgidir! Sizdən nifrət edən insanın sizə qarşı mənfi də olsa müəyyən bir duyğular bəslədiyini özünüzə xatırladın və ona sabit şəkildə sevgi ilə yaxınlaşın. Zaman içində bu rəftarınızın işə yaradığını və sizə ürəyinin qapılarını açdığını görəcəksiniz.



Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Onesignal