İsveç şirkəti Barry Callebaut şokolad istehsalı üzrə dünya lideridir. Yaxın keçmişdə nəhəng şirkət qürurla yeni kəşfi barədə məlumat verdi: «Ağ şokoladı yaratdıqdan 80 il sonra biz yeni şokolad növünü kəşf etdik». Barry Callebaut artıq tünd, südlü və ağ şokoladdan əlavə yepyeni yaqut şokoladı istehsal etməyə başladı.

Marka nümayəndələrinin verdiyi məlumata görə, bu şokoladı istehsal etmək üçün istifadə olunan xüsusi kakao-bablar dünyanın müxtəlif ölkələrindən ixrac olunur. Yeni çəhrayı rəng və tam fərqli dada malikdir. O, yüngül meyvəli, təravətləndirici dad ilə fərqlənir.  Şirkət yeni kəşfin şokolad sevərlər tərəfindən bəyəniləcəyinə inanır.

Yeni şokolad bütün sınaqlardan keçmiş, Böyük Briyaniya, ABŞ, Çin və Yaponiyada təstiqlənmişdir.