“Bildirchin Posts” nədir?

“Bildirchin Posts” rəsmi səhifəmiz idi. 5 il bundan öncə 0-dan komandamız tərəfindən yaradılmış və qısa müddət ərzində dünyanın dörd bir yanına yayılmışdır. Səhifədəki paylaşımlar qısa müddətdən sonra 500 milyondan çox adama çatmışdır. “Bildirchin”in bütün layihələrində olduğu kimi, səhifəsində də qarşılıqlı hörmət, ədəb-ərkan və s. bir çox şeylərə əməl olunmuşdur. “Bildirchin Posts” izləyicilərinə bir addım daha yaxın idi. “Bildirchin Posts” bizim deyil, eyni zamanda sizin səhifəniz idi.

Səhifəyə nə oldu?

2016-cı ilin iyul ayında 25.000 ABŞ dolları qarşılığında ABŞ-dan satın alınma təklifi gəlmişdir. Biz bunu qəbul etmədik. Maraqlansanız ki, peşimanıq? – Xeyr! Kiməsə satılıb olan qalan reputasiyamızı itirməkdənsə, bağlasaq yaxşı idi

2017-ci ilin iyul ayında Fizulidə ermənilər tərəfindən balaca Zəhramız qətlə yetirildi. Səhifədə xaricilərin çox olması və şikayətlərin olacağını gözə alıb ölüm hadisəsi ilə bağlı 2 paylaşım etdik. Çox keçmədi səhifəyə kiber hücumlar olunmağa başladı. Xaricilərin şikayət etdiyi tələb bu idi ki, fotonu yığışdırın. Əhəmiyyət vermədiyimizi görüb, saytlarımıza hücumlar etməyə başladılar və Serverlərimizi çokdürdülər. Bundan sonra səhifəyə də təhlükə ola biləcəyini ehtimal edib aşağıdakı narahatçılığımızı bildirdik.

Maraqlansanız ki, peşimanıq? – Xeyr! Yaxşı edib paylaşmışıq. Bunlar bizim əl qolumuzu bağladığını düşünür, bilmirlər ki, təmkinimizi və səbrimizi nə qədər də qorumağa çalışsaq da bizi hiddətləndirdilər. Fəalyyətimizi qısa müddətdə tam gücü ilə davam etdirəcəyik. Yarıda hər şeyi buraxıb getmək olmaz.

Növbəti addımlar nə olacaq? 

Çox güman ki, daima güvənlə izlədiyiniz səhifəmizdə (keçmiş) artıq erməni və ya ingilis-dilində əxlaqdan uzaq paylaşımlar edəcəklər. Biz həmin səhifəni şikayət etməyə çağırmırıq sizi, çünki ola bilsin yaxın zamanlarda qaytardıq. Kim bilir?!

Bildirmək istərdik ki, haqqımızı halal etmirik. Mübarizə mübarizədirsə, ucuz yollara əl atmaq lazım deyildi.

Cari vəziyyətdə nə etmək olar?

Yeni səhifə açdıq və sizi aşağıda gözləyirik



Çox təşəkkür edirik ki, bu vaxta kimi bizimlə oldunuz və gələcəkdə bizimlə olacaqsınız

Hörmətlə,
Sizin “Bildirchin” komandası